Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə161/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   157   158   159   160   161   162   163   164   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


Partiyasından ayrılaraq özünü müstəqil elan edən 
Azərbaycan Demokrat 
Partiyası 
(ADP) tərəfindən yönləndirilirdi. Partiyaya məşrutə hərəkatı 
dövründə (1905 - 1911) Səttar xanın döyüş səngərlərində mətinləşmiş böyük 
siyasi xadim 
Şeyx Məhəmməd Xiyabani 
(1880 - 1920) başçılıq edirdi. O, 
1917-ci ildə nəşrinə başlanan "Təcəddüd" (Yeniləşmə) qəzetinin baş redaktoru 
idi. 
1919-
cu ilin avqustun 9-da İngiltərə - Qacar (İran) sazişinin 
bağlanması ilə ölkənin iqtisadi və siyasi cəhətdən ingilislərdən asılılığının daha 
da güclənməsi şah rejimi və xarici işğalçılara qarşı azadlıq mübarizəsinin 
258 


yüksəlişinə səbəb oldu. Hərəkatda fəhlələr, kəndlilər, sənətkarlar, tacirlər, 
ziyalılar və milli burjuaziyanın nümayəndələri iştirak edirdilər. 
Hökumətin hərəkat üzvlərinə divan tutmaq cəhdlərinə qarşı 1920-ci il 
aprelin 7-də Təbrizdə üsyan başladı. Şəhərdə ümumi sayı iki minə çatan şah 
kazak dəstələrindən başqa silahlı qüvvələrin hamısı üsyana qoşuldu. Üsyana 
rəhbərlik etmək üçün Şeyx Məhəmməd Xiyabani başda olmaqla İctimai İdarə 
Heyəti (İİH) yaradıldı. Üsyançılar iki gün ərzində Təbrizdəki bütün dövlət 
idarələrini ələ keçirdilər və üsyan qan tökülmədən qalib gəldi. Qali- biyyətli 
Təbriz üsyanı qonşu ölkələrdə, xüsusilə Rusiya və Türkiyədə böyük əks - səda 
doğurmuşdu. Sovet Rusiyası Sovet Azərbaycanı vasitəsilə Təbriz hərəkatının 
lideri Ş.M.Xiyabaniyə silah - sursat, maliyyə yardımı təklif edərək bu 
hərəkatdan ingilisləri bölgədən çıxartmaq üçün istifadə etməyə çalışırdı. 
Bolşevizmi "çar hökumətinin astar üzü" adlandıran və Sovet Rusiyasının 
"inqilab ixracı" yolu ilə Şərq ölkələrini işğal etmək planlarından yaxşı xəbərdar 
olan Ş.M.Xiyabani bu təklifi qətiyyətlə rədd etdi. Yalnız öz xalqının gücünə 
arxalanan Xiyabani, hətta Mustafa Kamal Atatürkün də kömək təklifinə müsbət 
cavab verməmişdi. 
Cənubi Azərbaycandakı hərəkatın milli - azadlıq xarakteri daşıması 
Ş.M.Xiyabaninin Tehran hökumətinə göndərdiyi tələblərdən daha aydın 
görünür. Qacar hökumətindən ölkənin respublika elan edilməsi, Azərbaycana 
muxtariyyət verilməsi, Konstitusiyanın Əncümənlər (Şuralar) haqqında 
maddəsinin həyata keçirilməsi, bütün xarici qoşunların ölkədən qovulması, 
ingilispərəst hökumətin istefaya göndərilməsi, 1919-cu ildə İngiltərə ilə 
bağlanmış sazişin ləğv edilməsi tələb olunurdu. 1920-ci ilin aprel üsyam zamanı 
Xiyabaninin dönməz iradəsi hərəkata ümumilli xarakter verdi və əvvəl 
Tehranın nümayəndələri, sonra isə ingilis komandanlığında olan hind sipahi 
dəstələri Təbrizdən çıxarıldılar. İrəli sürülmüş tələblərlə bağlı Tehran 
hökumətindən heç bir müsbət cavab gəlmədiyindən 1920- ci il iyunun 23-də 
Azərbaycan Demokrat Partiyası İctimai İdarə Heyəti əsasında tam muxtar 
hüquqlara və silahlı qüvvələrə malik olan Milli Hökuməti təşkil etdi. 
Ş.M.Xiyabaninin başçılıq etdiyi Milli Hökumət Cənubi Azərbaycanın sosial- 
iqtisadi həyatına aid bir sıra mühüm islahatlar keçirdi. Dövlətə məxsus 
torpaqların kəndlilər arasında bölünməsi haqqında qərar verildi. Təbrizdə 
aztəminatlı ailələrin uşaqları məktəblərə cəlb olundu, bir neçə məktəbdə qızlar 
üçün siniflər açıldı. Məktəblərdə tədris doğma türk dilində aparılırdı. Təbrizdə 
xalça fabrikinin tikintisinə başlanıldı, milli bank açılması və pul islahatı 
keçirilməsi planlaşdırılmışdı. Milli hökumət Təbriz şəhərinin əhalisindən iki 
min nəfərdən ibarət yeni jandarm və polis dəstələri təşkil etmişdi. Ümumi sayını 
12 min nəfərə çatdırılması nəzərdə tutulan Milli qvardiyanın yaradılmasına 
başlanmışdı. 
Şeyx Məhəmməd Xiyabani 1920-ci il 7 aprel Təbriz üsyanından sonra 
quracağı dövləti "Azərbaycan" deyil, "Azadıstan" adlandırmışdı. O, bunu 
dünyada artıq Azərbaycan adlı dövlətin mövcud olması ilə əsaslandırmışdı. 
259 


ümumiyyətlə. Şeyx Məhəmməd Xiyabani Şimali Azərbaycana çox ehtiyatla 
yanaşırdı. Bu, cənubdakı hərəkatın ilk dövrlərində Azərbaycan Xalq 
Cümhuriyyətinin İngiltərə ilə sıx əlaqədə olması, sonrakı dövrdə isə aprel istilası 
nəticəsində yaradılan Sovet Azərbaycanının Rusiyanın müstəmləkəsinə 
çevrilməsi ilə bağlı idi. Çox maraqlıdır ki, Xiyabani ilə görüşən böyük 
mütəfəkkirimiz Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında Milli 
hökuməti "Azərbaycan Cümhuriyyəti" adlandırmışdı. 1920-ci ilin may - iyun 
aylarında sovet rejiminə qarşı Azərbaycan SSR-də baş vermiş üsyanların qan 
içərisində boğulması Xiyabanidə Şimali Azərbaycanın işğaldan qurtulacağına 
olan ümidlərini qırsa da, bolşeviklərin zülmündən Cənuba qaçan 
azərbaycanlılara sığınacaq vermişdi. Sığınacaq verilənlərin içərisində Sovet 
rejiminə qarşı 1920-ci ilin may ayında baş vermiş Gəncə üsyanının iştirakçısı 
olan xeyli sayda əsgərimiz də vardı. 
Tehran hökumətinin İngiltərə nümayəndəliyi ilə birlikdə hazırladığı 
hücum planına əsasən sentyabrın 11-də bütün əks - inqilabi qüvvələr, o 
cümlədən komandanı rus olan şah kazak dəstəsi Təbrizə yeridildi. Milli 
hökumətin müdafiəçiləri sentyabrın 14-dək son damla qanlarına qədər 
qəhrəmanlıqla vuruşaraq azadlıq yolunda canlanm qurban verdilər. Qaçıb 
gizlənmək və ölkəni tərk etmək üçün hər cür imkanı olan Şeyx Məhəmməd 
Xiyabani sonadək müqavimət göstərib. Vətənimiz uğrunda şəhid oldu. 
Hökumətdən təslim olmaqla can təhlükəsizliyini istəmək təklifinə bu qəhrəman 
türk belə cavab vermişdi: "Mən ölməyi üstün tuturam və düşmənlərim 
qarşısında diz çökmərəm. Mən məşrutiyyət dövrünün övladıyam və ərəblərə baş 
əyməyən Babək Xürrəminin sülaləsindənəm." Vətənin azadlığını hər şeydən 
üstün tutan Şeyx Məhəmməd Xiyabaninin "bir xalqın ki, istiqlaliyyəti yoxdur, 
deməli, onun heç nəyi yoxdur!" məşhur kəlamı xalqımızın milli - azadlıq 
mübarizəsinin tarixinə böyük hərflərlə yazılmışdır. Bu hərəkatla Cənubi 
Azərbaycan türkləri Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə öz milli 
varlıqları uğrunda mübarizəyə qalxmış və ilk dəfə Qacar səltənəti daxilində milli 
muxtariyyət əldə etməyə cəhd göstərmişdilər. 
Azadlıq hərəkatı nəticəsiz qalmadı. İngilispərəst Tehran hökuməti 
yenisiylə əvəz edildi. İngiltərə ilə əsarətli şərtlərlə bağlanmış 1919-cu il sazişi 
1921-ci ildə ləğv olundu. 
X FƏSİL. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 
(1918-1920-Cİ İLLƏR) 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin