Milli dövlət auruculueu sahəsində tədbirlər,
Azərbaycan Xalq
Cümhuriyyəti parlamenti! respublika idi. Qərbi Avropanın bütün demokratik
dövlətlərində və ABŞ-da olduğu kimi, hakimiyyətin bölünməsi prinsipi tətbiq
edilmişdi. Qanunverici hakimiyyət əvvəlcə Milli Şuraya, sonra isə Parlamentə,
icraedici hakimiyyət isə parlament qarşısında tam məsuliyyət daşıyan hökumətə
məxsus idi.
1918-ci ilin noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın
19-da Azərbaycan Parlamentinin yaradılması haqqmda qanun qəbul etdi. Bu
qanuna görə 120 nəfərdən ibarət olacaq təkpalatalı Parlamentə Milli Şuranın 44
üzvündən əlavə, Şimali Azərbaycamn 2 milyon 862 min nəfərə çatan ümumi
əhalisinin 1 milyon 952 min nəfərini, yəni 68% -ni təşkil edən müsəlman
türklərindən daha 36 nümayəndə seçilməsi (birlikdə cəmi 80 nəfər) nəzərdə
tutulmuşdu. Cümhuriyyət hökuməti öz prinsiplərinə sadiq qalaraq ölkəmizdə
sığınacaq tapmış 500 mindən çox erməniyə parlamentdə 21 yer, sayı 214 min
nəfər olan ruslara 10 yer, milli azlıqların isə hərəsinə bir yer ayırmışdı.
Azərbaycan Cümhuriyyəti Türk Müsəlman dünyasında ilk dəfə olaraq qadınlara
seçib - seçilmək hüququ vermişdi.
263
Azərbaycan parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi.
Böyük siyasi və dövlət xadimi. Cümhuriyyətin qurucusu Məmməd Əmin
Rəsulzadə ilk iclasda çıxış edərək bütün nümayəndələri "Vətən və millət
qayəsindən qat-qat aşağıda duran partiya və şəxsi maraqları bir tərəfə tullayıb,
Vətən qayğısı və Millət duyğusunu hər şeydən yüksək tutmağa çağırdı."
Bitərəf hüquqşünas və tanınmış siyasi xadim Əlimərdan bəy
Topçubaşov Azərbaycan Parlamentinin sədri, "Müsavat" partiyasının üzvü
Həsən bəy Ağayev isə onun müavini seçildi. Əvvəl İstanbulda Azərbaycan
Cümhuriyyətinin nümayəndəsi, sonra isə Paris konfransına göndərilən
nümayəndə heyətinin başçısı olan Ə.Topçubaşov Vətənə dönmədiyindən
parlamentə əvvəldən axıra qədər Həsən bəy Ağayev başçılıq etmişdir.
Parlamentin təkidi ilə dekabrın 26-da təşkil edilən üçüncü hökumət kabinetinə
də Fətəli xan Xoyski başçılıq edirdi. 1919-cu il martın 14-dən dekabrın 22-nə
qədər mövcud olmuş dördüncü hökumət kabinetinə və 1919-cu il dekabnn
24-dən 1920-ci il aprelin 1-dək fəaliyyət göstərmiş beşinci hökumət kabinetinə
isə "Müsavat" partiyasının liderlərindən biri Nəsib bəy Ösubbəyli başçılıq
etmişdir.
Azərbaycan Parlamenti M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, “hakimi -
mütləq idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir
müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət millət məclisinin
etimadını qazananda qalır, itirəndə isə düşürdü."
1918-
ci il 27 iyun tarixli fərmanla türk dili Azərbaycan Xalq
Cümhuriyyətinin rəsmi dövlət dili elan olunmuşdu. Parlamentdə Azərbaycan
türk dili işlənir və rəsmi sənədlərin hamısı bu dildə tərtib olunurdu. Azərbaycan
Parlamenti mövcud olduğu dövrdə ölkəmizin sosial - iqtisadi, siyasi və mədəni
həyatının ən vacib məsələləri ilə bağlı 300-dən çox qanun qəbul etmişdi.
Yeni dövlət quruculuğu sahəsində ən mühüm addımlardan biri, məşhur
bəstəkarımız Üzeyir Hacıbəyovun vətənpərvər şairimiz Əhməd Cavadın
sözlərinə yazdığı Milli Marşın Cümhuriyyətin Himni kimi qəbul edilməsi oldu.
Milli hökumətin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və
səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı
kimi təsdiq edildi. 1918-ci il noyabr ayının 9-da bu bayraq mavi, qırmızı və yaşıl
zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. Dövlət bayrağımızın bu
üç rəngi Türk milli mədəniyyətini, Müasir Avropa demokratiyasını və İslam
sivilizasiyasını təcəssüm etdirirdi. Cümhuriyyət hökuməti yaranışından elan
etdiyi təməl prinsiplərinə sadiq qalaraq 1918-ci il avqustun 23-də o dövr üçün
çox mütərəqqi sayılan "Azərbaycan vətəndaşlığı haqqında" Əsasnaməni qəbul
etdi. 1919-cu il avqustun 11-də isə Parlament tərəfindən "Azərbaycan
vətəndaşlığı haqqında" qanun verildi. Bu qanuna görə milliyyətindən və dini
mənsubiyyətindən asılı olmayaraq özləri və ya valideynləri Azərbaycan
ərazisində doğulmuş keçmiş Rusiya imperiyası təbəələri Azərbaycan Xalq
Cümhuriyyətinin vətəndaşları hesab olunurdular.
264
Ordu quruculuğu. Milli ordunun yaradılması.
Milli hökumətin öz daxili
siyasətində xüsusi diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən biri
Dostları ilə paylaş: |