Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə165/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   161   162   163   164   165   166   167   168   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Əliağa Şıxlinskinin 
rəhbərliyi ilə hazırlanan 
milli hərbi geyim forması 
1919-cu ilin yanvarın 11 -də rəsmən qəbul edilmişdi. Azərbaycan ordusunda 
qulluq edib, ağqvardiyaçı rus generalı Denikinin xeyrinə cəsusluq edən bütün 
rus zabitləri hərbi qulluqdan uzaqlaşdırılaraq Azərbaycandan sürgün edildilər. 
Milli ordunun yaranma prosesi uğurla davam etdirilirdi və 1920-ci ildə 
nizami Azərbaycan ordusunda 40 min nəfər əsgər və zabit Vətənimizə xidmət 
edirdi. Bunun 30 mini piyadalardan, 10 min nəfəri isə süvarilərdən ibarət idi. 
Milli ordunu zabit kadrları ilə təmin etmək üçün Gəncədən Bakıya 
köçürülən Hərbi məktəb yenidən təşkil olundu. Bundan başqa, İstehkamçılar, 
Hərbi dəmiryolçular və Hərbi feldşer məktəbləri açılmışdı. Cümhuriyyət 
hökuməti ordunun silah - sursatla təchiz edilməsində böyük çətinliklərlə 
üzləşirdi. Fransa, Polşa və İngiltərə bizə silah satmaqdan imtina etmiş, yalnız 
İtaliya Azərbaycana müəyyən silah - sursat və hərbi geyim satmağa razılıq 
vermişdi. Sazişə uyğun olaraq İtaliya hökumətinin 1920-ci ildə göndərdiyi 
265 


bütün hərbi geyimlər, ləvazimatlar Azərbaycanı işğal edən Rusiyanın XI 
Qırmızı Ordusunun əlinə keçmişdi. 
Yeni yaranan milli ordu hissələri dövlətimizin və xalqımızın 
düşmənlərinə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmişdir. 
Azərbaycanın cənub bölgəsində şovinist rus zabitləri vaxtilə Muğana 
köçürülmüş rus əhalisini cəlb etməklə, 1919-cu ilin fevralında qiyam 
qaldırmışdılar. Müstəqilliyimizə düşmən olan bu qüvvələr 
Lənkəran bölgəsini 
Azərbaycandan ayırmağa çalışırdılar. 1919-cu ilin may - iyun aylarında Sovet 
Rusiyasımn əlaltısı olan kommunist bolşeviklər isə bölgədə "Muğan Sovet 
Respublikası" adlanan bədnam bir qurum yaratmışdılar. V.Leninin tapşınğı ilə 
Xəzər dənizi vasitəsilə bu quruma çoxlu sayda silah - sursat və hərbi qüvvə 
göndərilmişdi. Nəticədə Muğanda bolşevik silahlı qüvvələrinin ümumi sayı 5-6 
minə çatdırılmışdı. Milli ordumuzun ümumi qərargah rəisi general 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin