məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk etmişdi...
Xalq dözməyib, üsyan etdi".
Azərbaycanda Sovet işğal rejiminə qarşı 1920-ci ilin mayında Gəncə
şəhərində baş vermiş üsyan öz miqyasının böyüklüyünə görə digər üsyanlardan
fərqlənirdi. Ordunun yenidən təşkil edilməsi bəhanəsi ilə Gəncədəki milli ordu
hissələrində xidmət edən təcrübəli zabitlərin bolşevik komandirlərlə əvəz
olunması, Azərbaycanın qərb bölgələrindəki milli ordu hissələrinin
bolşeviklərin qoyduğu şərtlər altında fəaliyyət göstərməsi tələbi Gəncədə
etirazla qarşılandı. Azərbaycanın bolşevik hökumətinin milli ordunun rəhbər
heyətinin dəyişdirilməsi və əsgərlərin tərk - silah edilməsi haqqındakı qərarı
Gəncədə güclü üsyana gətirib çıxartdı. Azərbaycan milli ordu hissələrinin
1920-ci il mayın 25-dən 26-na keçən gecə Sovet rejiminə qarşı başlayan
üsyanında 1800 nəfər hərbçi ilə birlikdə Gəncə şəhərinin əli silah tutan 10 min
nəfərdən çox sakini iştirak edirdi. Mayın 26-da üsyana rəhbərlik etmək üçün
hərbi şura yaradılmışdı. Üsyançılar dəmir yol stansiyasını ələ keçirmiş və Gəncə
şəhərinin müsəlmanlar yaşayan hissəsini bir həftə əllərində saxlamışdılar.
Bolşeviklər çoxlu sayda qoşun birləşmələri, ağır artilleriya qüvvələri və zirehli
qatarları cəlb edərək mayın 31-də Gəncə şəhərinə hücuma keçdilər. Bölgənin
erməni əhalisi XI orduya hər cür yardım göstərir, silahlı dəstələr düzəldərək
düşmənlərimizlə birlikdə üsyançılara qarşı vuruşurdular. Gəncədə işğalçı rus
ordusuna müqavimət o qədər güclü olmuşdu ki, düşmən üsyanı yatırarkən 8500
nəfərdən çox əsgər itirmişdi. Gəncə üsyanı zamanı 13000 nəfərdən çox
vətənpərvər şəhid olmuşdu. Üsyanda iştirak edən milli ordunun 76 nəfər yüksək
rütbəli zabiti, 0 cümlədən 6 general həbs olunaraq Bakıya aparılmış və Nargin
adasında güllələnmişdi. Üsyan yatırıldıqdan sonra qan içində inləyən Gəncə
şəhəri rus əsgərləri və ermənilər tərəfindən üç gün qarət edilmişdi. Gəncə
üsyanının miqyası o qədər böyük idi ki, Azərbaycanı itirəcəyindən qorxuya
düşən Sovet Rusiyası Bakıya əlavə hərbi qüvvələr gətirib yerləşdirmişdi.
Sovet rejiminə qarşı ikinci böyük üsyan Qarabağda baş vermişdi.
Azərbaycan milli ordusunun 6 min nəfər əsgər və zabitdən ibarət süvari və
piyada alayları Qarabağ bölgəsini nəzarətdə saxlayırdı. Sovet Rusiyasının
həmin milli ordu hissələrini tərk - silah etmək üçün göndərdiyi XI ordunun iki
diviziyasına qarşı Azərbaycan əsgərləri 1920-ci il iyunun 5-də Tərtər, Ağdam
və Şuşada savaşa girərək düşməni böyük tələfata uğratmışdılar. Qarabağdakı
erməni daşnakları işğalçı rus ordusu ilə birlikdə hərəkət edirdi. Şimali Qafqazda
Qırmızı orduya qarşı azadlıq mübarizəsinə qoşulan qüvvələri birləşdirməyə
gedən qəhrəman türk generalı Nuru paşa üsyan xəbərini alan kimi hərbi qüvvə
ilə Şuşanın müdafiəçilərinə köməyə gəlmişdi. Milli ordu hissələri türklərin
köməyi ilə Qarabağda Sovet hakimiyyətini devirmiş və Nuru paşa Qarabağın
hakimi elan olunmuşdu. Ancaq əlavə kömək alan XI ordu hissələri iyunun 15-də
üsyanı yatıraraq ermənilərlə birlikdə Azərbaycan əhalisinə divan tutdu. Milli
ordumuzun salamat qalan
Dostları ilə paylaş: