§ 40. XX əsrin 20 > 30-cu illərində Azərbaycan SSR-də sosialistcəsinə dəyişikliklərin həyata keçirilməsi Yeni iqtisadi siyasətin həyata kecirilməsL 1920-ci ildən həyata keçirilən
"hərbi kommunizm" siyasətinə uyğun olaraq
ərzaq şapalağının tətbiqi, xüsusi
ərzaq komissiyaları və ekspedisiyaları tərəfindən
Azərbaycan kəndinin sözün əsl mənasında qarət olunması kəndlilərin Sovet hakimiyyətinə olan ümidini
tamamilə puça çıxartmışdı. Kəndlilər heç çar hökuməti dövründə belə zülm
görməmişdilər. Azərbaycan kəndlisi İnqilab Komitəsinin sədri N.Nərimanova
öz acınacaqlı vəziyyətləri haqqında
şikayət məktubları göndərirdilər.
Kəndlilər daha çox yerli inqilab komitələri, ərzaq agentləri və Qırmızı Ordu
nümayəndələri tərəfindən
onların sonuncu tikə çörəyinin, bütün at və iş heyvanlarının mənimsənilməsindən və iş heyvanı olmadığı üçün bundan sonra torpağı əkə bilməyəcəklərindən şikayət edirdilər. 1920-ci ilin sonları -
1921-ci ilin əvvəllərində aparılan
soyğunçu ərzaq toplama kompaniyası nəticəsində Azərbaycanın əksər bölgələrini
aclıq bürümüş və çoxlu sayda
kəndli acından ölmüşdü.
Sovet Rusiyasının özündə də hərbi kommunizm siyasəti böyük
narazılıq doğurduğundan 1921-ci ilin martında Leninin
”Yeni İqtisadi Si yasət”
(YİS) adlandırılan doktrinası qəbul edilmişdi. Azərbaycan İnqilab Komitəsi
bunu əsas götürərək 1921-ci il mayın 17-də
”Bütün növ məhsul inhisarının ləğv edilməsi haqqında” dekret verdi. Bu dekretə əsasən
yeni iqtisadi siyasətə keçid elan olunur, respublikanın hər yerində ərzaq şapalağı ləğv edilir
və ticarət azadlığına icazə verilirdi. Azərbaycanda ərzaq şapalağı ləğv ediləndən
sonra Sovet Rusiyasından fərqli olaraq dərhal ərzaq vergisinə keçilmədi.
N.Nərimanovun təşəbbüsü ilə Azərbaycan kəndində əvvəlcə hər kəndli
təsərrüfatı üzərinə 20 girvənkə (8 kq) taxıldan ibarət