Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Azərbaycan, Aran, Şirvan, İraq, Həmədan, Mazandaran



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə51/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan, Aran, Şirvan, İraq, Həmədan, Mazandaran, 
İsfahan, Rey 
Azərbaycan Eldənizlər dövlətinin tərkibinə daxil idi, Xilat, Fars, 
Mosul və digər hakimlər isə Şəmsəddindən asılı idilər. Şəmsəddin Eldəniz 
mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əmirlərin əl-qolunu yığmış və 
mərkəzi hakimiyyəti gücləndirmişdi. 50 min nəfərlik nizami atlı orduya malik 
olan Şəmsəddin Eldənizin idarə etdiyi 
Böyük Azərbaycan dövlətində 
kənd 
təsərrüfatı, sənətkarlıq, ticarət inkişaf etmiş və mədəni oyanış baş vermişdir. 
Şəmsəddin Eldənizin xarici siyasətinin əsas istiqamətlərindən biri 
Vətənimizi gürcülərin hücumundan qorumaqdan ibarət idi. Torpaqlarımıza və 
sərvətlərimizə göz dikən, müsəlman türk əhalisinə qənim kəsilən gürcülərin 
1139-cu il xəyanətini Eldənizlər yaddan çıxartmamışdılar. 
Bədbəxtlik üz 
verdikdə, qonşuya yardım göstərmək kimi insani keyfiyyətdən məhrum 
olan gürcülər 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı əhalisinin 
çoxusunu itirmiş Gəncə şəhərinə hücum edərək burada qırğınlar törətmiş 
və məşhur Gəncə qala qapılarını qənimət kimi aparmışdılar. 
Çar 
III 
Georginin başçılığı ilə 1161-ci ildə gürcü və qıpçaq qoşunları 
Azərbaycanın Aran bölgəsinin Ani şəhərini ələ keçirib, çoxlu müsəlman əhalini 
qılıncdan keçirtdilər, sonra isə kafir düşmən Azərbaycanın Dvin şəhərində 
soydaşlarımıza qarşı böyük qətllər törətdilər. Şəmsəddin Eldəniz 
azğın düşməni 
cəzalandırmaq və günahsız tökülən qanların qisasını almaq 
üçün 1163-cü 
ildə Azərbaycan ordusu ilə Naxçıvandan yürüşə çıxıb, 
Dvini (Dəbil) 
kafir 
düşməndən geri aldı, sonra isə Gürcüstana yürüyən 
müsəlman - türk ordusu 
“Allahu əkbər” sədaları altında savaşa girdi və qalib gələrək 10 mindən çox kafir 
döyüşçüsünü qılıncdan keçirtdi. 
Şəmsəddin Eldəniz 1164-cü ildə düşməni daha bir ağır məğlubiyyətə 
uğradıb Ani şəhərindən qovdu və şəhərin bərpası haqqında əmr verdi. 1174- 
1175-ci illərdə gürcülərin Azərbaycana quldur basqınlarının qarşısını almaq 
üçün Azərbaycan hökmdarı Şəmsəddin Eldəniz və oğlu Məhəmməd Cahan 
Pəhləvan gürcülərə qarşı böyük bir yürüşə çıxdılar. Gürcülər darmadağın edildi 
və gürcü çarı qaçmaqla canını qurtardı. Mənbələrə görə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin