Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə48/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Dəbildəki (Dvin) hakimiyyətinə 
isə 1130-cu ildə Səlcuqlar 
tərəfindən son qoyulmuşdu. Şəddadilərin dövründə Azərbaycanda sənətkarlıq, 
ticarət və şəhərlər inkişaf etmişdi. Şəddadi hökmdarı Şavur Gəncə şəhərinə 
xüsusi diqqət yetirirdi. Alan, gürcü və digər düşmənlərin hücumlarının qarşısını 
almaq üçün şəhərin ətrafında xəndəklər qazdırmış, hasarlar çəkdirmiş və 
möhkəm qala qapıları düzəltdirmişdi. 1063-cü ildə inşa edilmiş məşhur 
Gəncə 
qala qapıları 
böyük sənətkar 
İbrahim Osmanoğlu- nun 
əlindən çıxmışdır. 
Şəddadilərin sayəsində 
Gəncə 
şəhəri 
Aranın baş şəhərinə 
çevrilmişdi. 
Şəddadilər sarayının ən məşhur divan şairi 
Qətran Təbrizi 
olmuşdur. 
§ 9. Azərbaycan XI əsrin ortaları - XIII əsrin əvvəllərində 
Tariximizdə oğuz - səlcuq dövrü 
XI əsrin ortalarında Yaxın və Orta Şərqin siyasi xəritəsində və Cənubi 
Qafqazın sosial - iqtisadi və siyasi həyatında böyük dəyişiklik dövrü başladı. Bu 
dövr Azərbaycan türklərinin də mənsub olduğu Oğuz boylarından biri olan 
Səlcuqların 
adı ilə bağlıdır. Məşhur türk sərkərdəsi 
Səlcuq 
oğuz boylarından 
olan qınıq tayfasının başçısı olmuşdur. Oğuz-Səlcuq türkləri Mərkəzi Asiyada 
Sırdərya çayı ətrafındakı torpaqlarda yaşayırdılar və Oğuz dövlətində hərbi rəis 
vəzifəsini daşıyan Səlcuqla bağlı boylar X əsrdə 
islam dinini 
qəbul etmişdilər. 
Səlcuqun nəvəsi 
Toğrul bəy 
qardaşı Çağrı bəyi 1021-ci ildə müsəlman və türk 
dünyası üçün əsas təhlükə olan Bizans üzərinə yürüşə göndərmişdi. Bu yürüş 
zamanı Səlcuqlar 
Azərbaycanın Naxçıvan və Van ətrafı torpaqlarını 
öz 
nəzarətləri altına keçirmişdilər. Səlcuqlar Qəznəvilərin hakimiyyəti altında olan 
Xorasanda məskən saldıqdan sonra 1038-ci ildə burada Toğrul bəyin başçılığı 
altında Nişapur şəhəri paytaxt olmaqla yeni bir dövlətin əsasını qoydular. 
Toğrul bəy (1038 - 1063) 1040-cı 
70 


ildə sultan elan olundu. Elə həmin ildə baş verən (1040-cı il) Dəndənəkan 
vuruşmasında Qəznəvi dövlətinin hərbi qüvvələrini darmadağın edən Səl- 
cuqlar Mərv şəhərində keçirilən qurultayda Şərqdə və Qərbdə yeni işğallara 
başlamaq haqqında qərar qəbul etdilər. 1043-cü ildə paytaxt Nişapurdan Reyə 
köçürüldü. 
XI əsrin 40-cı illərində Azərbaycanın həm şimalında (Arranda), həm də 
cənubunda möhkəmlənən Səlcuqlar Azərbaycan türkləri ilə birləşərək dəfələrlə 
Bizansın başçılıq etdiyi xristian blokunu məğlubiyyətə uğratmışdılar. Şərqi 
Anadoluda yürüşə çıxan Səlcuq-Azərbaycan qoşunları 1048-ci ildə Bizans, 
erməni və gürcü qoşunlarını darmadağın etmişdilər. 1055-ci ildə Sultan 
Toğrulun qoşunları Bağdada daxil olub, bütün İraqı ələ keçirərək Abbasilər 
Xilafətini Səlcuqlardan asılı vəziyyətə saldılar. Sultan Toğrul Abbasi xəlifəsini 
bütün müsəlman dünyasının dini başçısı kimi tanıdı. Xəlifə isə onu bütün 
“Şərqin və Qərbin hökmdarı” elan etdi. Sultan Alp Arslanın (1063 - 1072) və 
Məlikşahın (1072 - 1092) hakimiyyətləri dövründə Oğuz - Səlcuq türkləri daha 
böyük və geniş ərazilərə yiyələnmişdilər. Böyük Səlcuq im- peratorluğu 
Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, İran körfəzindən Dərbənd 
keçidinədək olan çox böyük əraziləri əhatə edirdi. Azərbaycan torpaqlarını işğal 
etmək üçün hərəkətə keçən Bizans imperiyasının çoxsaylı ordusunu 26 avqust 
1071-ci ildə məşhur Malazgird döyüşündə darmadağın edən və imperator 
Diogeni əsir alan Sultan Alp Arslan Azərbaycanı və Kiçik Asiyanı Bizansın 
hücum təhlükəsindən xilas etmişdi. 
Səlcuq yürüşləri dövründə bütün Azərbaycan torpaqları bir vahid 
mərkəzdən idarə olunmurdu. Araz çayından cənubdakı torpaqlarımız Rəwa- 
dilərin, şimal - şərq torpaqlarımız Şirvanşahların nəzarəti altında idi. Şimali 
Azərbaycanın digər hissəsi və Şərqi Anadolunun bəzi əraziləri Şəddadilər 
tərəfindən idarə edilirdi. Hər üç sülalə Səlcuq yürüşlərinin əsas siyasi nəticəsi 
olaraq hakimiyyətdən salınmışdı. 1066-cı ildə Şirvanşahlıq da ələ keçiriləndən 
sonra bütün Azərbaycan torpaqlan Böyük Səlcuq imperatorluğunun tərkibinə 
daxil olmuşdu. 
Oğuz - səlcuq yürüşlərinin 
Cənubi Qafqaz və Azərbaycan üçün nəticələri 
Azərbaycan türkləri Oğuz - Səlcuq türklərinin soydaşları olduqlarından 
bütün Cənubi Qafqazın müsəlman türk əhalisi Səlcuqlara Bizans - gürcü və 
erməni təcavüzünə qarşı mübarizədə özlərinin əsas dayağı və müttəfiqi kimi 
baxırdılar. Heç də təsadüfi deyil ki, Şəddadi hökmdarı Şavur Təbrizdən sonra 
Gəncəyə hücum etmiş Sultan Toğrula tabe olmaqla. Bizansa və onun əlaltılarma 
qarşı birlikdə hərəkət edəcəklərinə dair saziş bağlamışdı. Səlcuq dövrü qonşu 
ölkələrdən fərqli olaraq Azərbaycan xalqının tarixi taleyində əvəzsiz rol 
oynamışdı. Böyük Səlcuq imperatorluğunun tərkibinə keçməklə Azərbaycan 
böyük anlamda türklüyün başlıca etno - siyasi dayaqlarından birinə və Bizans 
başda olmaqla xristian güclərinə qarşı mübarizənin 
71 


əsas meydanına çevrilmişdi. Oğuz türkləri bütün Cənubi Qafqazda və Ön 
Asiyada əsas etno - siyasi qüvvə kimi çıxış edirdi. Qərbi Avropa dövlətlərinin 
müsəlman və Şərq ölkələrini işğal etmək üçün XI əsrin sonlannda başlatdıqları 
xaç yürüşlərinin qarşısının alınmasında da səlcuqlar mühüm rol oynadılar. 
Səlibçilərə sarsıdıcı zərbələr vuran Oğuz - Səlcuqlar Yaxın və Orta Şərqin siyasi 
xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər və Bizansın 
Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı qəsb- karlıq plamnı puça 
çıxardılar. Nəticədə türk etnosunun və islam dininin Cənubi Qafqazda mövqeyi 
qəti şəkildə möhkəmləndi. Ancaq Böyük Səlcuq imperatorluğunun tərkibinə 
daxil olan torpaqlar və xalqlar daha çox silah gücünə tabe edildiyindən bütün bu 
ərazilərin vahid mərkəzdə uzun müddət ərzində birləşməsi və imperatorluğun 
mərkəzləşmiş dövlətə çevrilməsi mümkün olmadı. Sultan Məlikşahın mərkəzi 
hakimiyyəti möhkəmləndirmək cəhdləri nəticəsiz qaldı. Böyük Sultan Səncərin 
(1118 - 1157) hakimiyyəti dövründə imperatorluq artıq ayrı-ayrı müstəqil 
dövlətlərə parçalanmışdı. Həmin dövlətlər “hökmdar” mənasında işlənən 
Atabəylər tərəfindən idarə olunurdu. Belə dövlətlərdən biri də Atabəy Eldənizin 
idarə etdiyi qüdrətli Azərbaycan dövləti oldu. 
Azərbaycan XII - XIII əsrin əvvəllərində 
Şirvanşahlıq 
Səlcuqlu dövründə Azərbaycanda dövlətçilik ənənələri tam aradan 
qalxmamış və Şirvanşahlıq yenidən dirçəlmişdi. Şirvanşah I Fəriburz (1063 - 
1096) Böyük Səlcuq Sultamna tabe olsa da, Azərbaycanın şimalında onun 
hakimiyyəti davam edirdi. Böyük Səlcuq Sultanı Məlikşahın hakimiyyətinin 
(1072 - 1092) sonlarında Fəriburz və onun oğulları II Mənuçöhr və I Afridun 
ölkəni artıq müstəqil idarə edirdilər. Şirvanşahlığın yüksəlişi və Azərbaycanın 
qalan hissəsinin Səlcuq əmirləri tərəfindən idarə olunduğu bir şəraitdə, XI əsrin 
sonu - XII əsrin əvvəllərində Qafqazda Baqratuni çarlığı xeyli güclənmişdi. 
Kartli - Abxaz - Qıpçaq birləşməsindən ibarət olan bu çarlıq xüsusilə XII 
yüzillikdə yüksəliş dövrü keçirirdi. Bu çarlığın başçısı IV David 1111-ci ildə 
qızı Tamaranı Şirvanşah I Afridunun oğlu Mənuçöhrə ərə verərək, bu 
qohumluqdan Səlcuqlara qarşı mübarizədə istifadə etmək istəyirdi. Səlcuqlara 
qarşı güclü müttəfiq qazanmaq məqsədilə digər qızını Bizans imperatorunun 
oğluna vermiş, özü isə Qıpçaq hökmdannm qızı ilə evlənmişdi. Türkləri 
bir-birinin əli ilə sıradan çıxarmaq kimi məkrli siyasət yeridən IV David 
şimaldan Gürcüstana 45 min qıpçaq ailəsi (225 min nəfər) köçürmüşdü. Onun 
qoşununun əsasını muzdla döyüşən qıpçaq türkləri təşkil edirdi. Qafqazdakı 
xristian qüvvələri Bizans imperiyasına, habelə Qərbi Avropa səlibçilərinə 
arxalanaraq yerli türk - müsəlman əhalisini öz doğma torpaqlarından sıxışdırıb 
çıxarmağa, xüsusilə Azərbaycan torpaqlarını ələ keçirməyə çalışırdılar. Ancaq 
Şirvanşahlar çox güclü olan Səlcuq imperiyası ilə münasibətləri pozmamağa 
çalışır və ehtiyatlı siyasət yeridirdilər. Şirvan- 
72 


şahlann Səlcuqlara qarşı ittifaqa girmədiyini bəhanə edən IV David və oğlu 
Demetre 1117-ci və 1120-ci illərdə Şirvan torpaqlanna talançı yürüşlər təşkil 
etmişdilər. Qıpçaqların və Qərb səlibçilərinin hesabına 1121-ci ildə Tiflis 
yaxınlığında Didqori döyüşündə Səlcuq türklərinə qalib gələn IV David 
(maraqlıdır ki, bu döyüşdə cəmi 300 gürcü döyüşçüsü iştirak etmişdi və onlann 
döyüş meydanından qaçmasına qıpçaqlar mane olmuşdular - Red.) 1122-ci ildə 
Tiflis müsəlman əmirliyini ləğv etdi. Beləliklə, müsəlman şəhəri olan Tiflis 
xristian gürcülərin əlinə keçdi. 
Şirvanşah 
III 
Mənuçöhrün (1120 - 1160) Böyük Səlcuq impera- torluğu 
ilə münasibətləri pozması Azərbaycan üçün böyük təhlükə yaratdı. IV David 
Şirvanı ələ keçirmək üçün dağıdıcı yürüşlərə başladı və 1123 - 1124- cü illərdə 
Şamaxını, Gülüstan və Buğurd qalalarım ələ keçirdi. 1125-ci ildə IV Davidin 
ölümü ilə gürcü qarnizonları Şirvanı tərk etdilər. Bundan sonra III Mənuçöhr 
gürcülərlə münasibətləri qaydaya saldı, Şirvan özünün çiçəklənmə dövrünə 
qədəm qoydu və ölkədə geniş miqyaslı abadlıq işləri aparıldı. Bakının qala 
divarları inşa edildi. Kür çayı üzərində Bağılan bəndi yenidən quruldu və yeni 
şəhərlər salındı. Onun ölümündən sonra Şirvanda siyasi vəziyyət pisləşdi, arvadı 
gürcü Tamara taxt-taca yiyələnməyə və Şirvanı Gürcüstana tabe etməyə cəhd 
göstərsə də, Eldənizlərin köməyilə bu qəsdin qarşısı alındı və taxta 1160-cı ildə I 
Axsitan çıxdı. 
I Axsitanın hakimiyyəti dövründə (1160 - 1196) Şirvan iqtisadi yüksəliş 
dövrü keçirirdi. Qonşu Gürcüstanla dinc münasibətlər hökm sürürdü. Bu dövrdə 
güclü təsirə malik İraq Səlcuq sultanlığı ilə münasibətlər normallaşdınimışdı. 
Dərbənd torpaqları da onun nəzarəti altında idi. I Axsitan sultana xərac verir və 
onun adını kəsdirdiyi pullarda zərb etdirirdi. 1175-ci ildə Şirvan - gürcü 
qoşunları tərəfindən rusların və qıpçaqların Şirvana dağıdıcı yürüşlərinin qarşısı 
uğurla alınmışdı. 
1192-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxlu 
əhali. Şirvanşah I Axsitanın arvadı, qızları və varisi olan oğlu həlak oldu. 
Şirvanşah öz iqamətgahım Bakı şəhərinə köçürdü. 1196-cı ildə I Axsitanın 
ölümündən sonra Şirvanı onun qardaşı və qardaşı oğullan (1196 - 1204) idarə 
etmişdilər. Bu dövrdə zərb olunan pulların üstündə rast gəlinən “Məlik-əl- 
Müəzzən”, “əl-Adil”, “Şirvanşah” titulları onların Şirvan taxtını müstəqil 
şəkildə idarə etdiyini göstərir. 
Azərbaycan dövləti Eldənizlər sülaləsinin hakimiyyəti 
dövründə (1136 - 1225-ci illər) 
Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğundan 1118-ci ildə 
ayrılan İraq Səlcuq sultanlığının tərkibində idi. Vətənimizin siyasi cəhətdən 
dirçəlişi, dövlətçiliyimizin bərpası və güclənməsi Atabəy Şəmsəddin Eldə- nizin 
adı ilə bağlıdır. Şəmsəddin İraq Səlcuq sultanlarının sarayında adi qulamdan çox 
sürətlə yüksələrək nüfuzlu əmirlərdən birinə çevrilmişdi. Şəmsəddin saray 
əyanları içərisində at çapmaqda və ox atmaqda xüsusilə 
73 


seçilirdi. Sarayda vəzifə pillələri ilə sürətlə yüksəlməsinin əsas səbəbi bir - birilə 
rəqabət aparan heç bir siyasi qruplaşmaya qoşulmaması idi. Sultan II Toğrul 
Şəmsəddini oğlu Arslan şahın atabəy i təyin etmiş, Naxçıvan və çevrəsini ona 
iqta olaraq bağışlamışdı. II Toğrul öləndən sonra taxta çıxan Sultan Məsud (1 
135 - 1152) Eldənizi sultanın dul arvadı Möminə Xatmia evləndirmişdi. 
Şəmsəddin Eldənizin bu qadından Nüsrəddin Məhəmməd Cahan Pəhləvan, 
Müzəffərəddin Osman Qızıl Arslan adlı iki oğul övladı və bir qızı dünyaya 
gəlmişdi. 1136-cı ildə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin