Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Qara Yusif  1406-cı ildə Naxçıvana doğru irəliləyərək Araz çayı sahilində Əbu  Bəkrin ordusunu darmadağın etmiş və 1408-ci ildə  Sərdrud



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə73/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   69   70   71   72   73   74   75   76   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Qara Yusif 
1406-cı ildə Naxçıvana doğru irəliləyərək Araz çayı sahilində Əbu 
Bəkrin ordusunu darmadağın etmiş və 1408-ci ildə 
Sərdrud 
adlı yerdə baş 
vermiş həlledici döyüşdə Teymuri Miranşahı məğlubiyyətə uğratmışdı. 
Nəticədə Teymurilər ölkədən qovulmuş və 
Azərbaycanın cənub torpaqları 
Qara Yusif Baharlının hakimiyyəti altına keçmişdi. 1408-ci ildə öz adına pul 
(təngə) kəsdirən Yusifin əsas məqsədi bütün Azərbaycan torpaqlarını 
birləşdirməkdən ibarət idi. 1409-cu ildə Şəki və Şirvana qoşun göndərən 
Yusifin bu cəhdləri uğursuz olmuşdu. 1410-cu ildə Qara Yusifin Təbriz 
yaxınlığında 
Şənbi - Qazan 
adlı yerdə keçmiş müttəfiqi Sultan Əhməd 
Cəlairinin qoşun- lanm darmadağın etmişdi. Bu qələbə nəticəsində Sultan 
Əhməd 
Azərbaycanda 
və 
İraqda 
hakimiyyətin rəsmən Yusifin oğlu Pirbudağa 
verilməsi haqqında fərman imzalamağa məcbur olmuşdu. Beləliklə, paytaxtı 
Təbriz 
olan 
Azərbaycan dövləti 
1410-cu ildən tarixdə daha çox 
Baharlı kimi 
tanınan sülalə 
tərəfindən idarə olunmağa başladı. Bu sülalənin hakimiyyəti 
1468-ci ilədək davam etmişdir. 
Azərbaycanın Şirvanşahları çıxmaqla, bütün 
qalan torpaqları, Ərəb İraqı, Əcəm İraqı, Anadolunun şərq hissəsi 
dövlətimizin tərkibinə daxil idi. 1411-ci ildə Yusif Baharlı Təbrizdə böyük bir 
məclis keçirərək oğlu 
Pirbudağı sultan 
elan etmiş və dövlətin idarə işlərini 
onun vəkili kimi öz üzərinə götürmüşdü. Dövlətin rəsmi fərmanlarında 
“Sultan 
Pirbudaq xanın yarlığıdır. Yusif bahadır sözümüz*’ 
yazılırdı, təngə adlı 
pulların üzərində də Pirbudağın adı göstərilirdi. Ancaq real hakimiyyət Yusifin 
əlində idi. Qara Yusif mənbələrdə böyük bir hökmdar, cəsur bir savaşçı və 
sərkərdə kimi xatırlanır. O, yaxşı bir dövlət idarəçisi olmaqla yanaşı, xalqımızın 
dini inanclarına da çox böyük sayğı ilə yanaşırdı. Bu baxımdan Qara Yusifi 
monqol ağalığından sonrakı dövrün 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin