Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə75/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   71   72   73   74   75   76   77   78   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

114 


Farsı 
yenidən dövlətimizin tərkibinə qatmışdı. Cahanşah 1458-ci ildə Tey- 
murilərə qarşı savaşa başlayaraq bu nəhəng imperatorluğun paytaxt şəhəri olan 
Heratı 
ələ keçirmişdi. 1459-cu ildə Teymuri hökmdarı Əbu Səidin xahişi ilə 
tutulan torpaqların bir hissəsinin, o cümlədən Heratın müəyyən təzminat 
əvəzinə geri qaytarılmasını nəzərdə tutan Herat müqaviləsi imzalanmışdı. Lakin 
Əbu Səid bu müqavilənin şərtlərinə əməl etməmişdi. Cahanşah Azərbaycanda 
və İraqda oğlanlarının qiyam qaldırması xəbərini alaraq geri qayıtmağa məcbur 
olmuşdu. Onun xarici siyasətində Teymurilər və Şirvanşahlıqla yanaşı, 
Osmanlı dövləti 
ilə münasibətlər də mühüm yer tuturdu. 
Cahanşahm Teymurilərlə və o zaman Diyarbəkr hakimi olan Uzun 
Həsənlə düşmən münasibətdə olması Azərbaycanla Osmanlı dövləti arasında 
münasibətlərin daha da yaxşılaşmasına təkan verirdi. Osmanlı sultanı 
II 
Mehmet 
Macanstamn fəth olunduğunu 
dost Azərbaycan dövlətinin başçısı 
Cahanşaha 
böyük sevinclə xəbər vermişdi. Cahanşah isə Farsı, Əcəm İraqını 
ələ keçirməsi və Ərəb İraqında Bağdadı və digər qala və şəhərləri bir neçə 
gündə fəth etməsi, “Cığatay” tayfasının (Teymurilərin) toxumunun o diyardan 
kənar edilməsi münasibəti ilə II Mehmet Fatehə (1451 - 1481) məktub 
göndərmişdi. Sultan Fateh isə cavab məktubunda 
Azərbaycan hökmdarını 
bu 
qələbə münasibəti ilə təbrik etmişdi. Ümumi mənafe və eyni düşmənlərə qarşı 
birləşmək zərurəti bu iki dövlət arasında münasibətləri o dərəcədə yüksək 
səviyyəyə qaldırmışdı ki, 
II Mehmet 
Cahanşaha məktublarında ona “həzrəti 
ata” - deyə müraciət edirdi. II Mehmetin 1453-cü ildə 
İstanbulun fəthi 
münasibətilə Cahanşaha göndərdiyi məktubda bu şəhərin “İslam dininin 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin