Venesiya Respublikası, Vatikan, Neapol krallığı, Macarıstan və Kipr arasında
Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı hazırlanmışdı. Plana görə
Sultan Həsənin qoşunları Aralıq dənizi sahillərinə çıxmalı, Avropadan
göndərilən odlu silahı və artilleriyanı qəbul etdikdən sonra müttəfiqlərin
İstanbula birgə yürüşü başlamalı idi. 1472-ci ilin yazında həmin plana uyğun
olaraq Sultan Həsən Osmanlı üzərinə yürüşə başladı. O, Qeysəriyyə
yaxınlığında Osmanlı ordusunu məğlubiyyətə uğradıb. Aralıq dənizi sahillərinə
yetişsə də. Avropalı müttəfiqləri gəlib çıxmadılar. Beyşehir savaşında
məğlubiyyətə uğrayan Sultan Həsən geri qayıtmalı oldu. Beləliklə, onun
Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq dənizi sahilində
birləşmək planı xristian dövlətlərinin xəyanəti nəticəsində boşa çıxdı. 1472-ci
ildə Sultan Həsənlə Osmanlıya qarşı hərbi ittifaq bağlayan Venesiya
Respublikası müttəfiqinə kömək etmək əvəzinə, Osmanlı sarayında Misir və
Suriyadan keçən quru yollarda ticarət imtiyazlan qazanmaq üçün gizli
danışıqlar aparırdı. Maraqlıdır ki, Venesiya Senatı yalnız 1473-cü ilin yanvar
ayında Azərbaycana odlu silah göndərmək haqqmda qərar qəbul etmişdi. Sultan
Həsən 1473-cü ilin yanvarında Osmanlı ilə yeni savaşa başladı. 1473- cü ilin
avqust ayının 1-də baş vermiş Malatya döyüşündə Sultan Həsən hərbi
sərkərdəlik bacarığı və taktikası nəticəsində qalib gəlsə də, avqustun 11-də
Tərcan (Otluqbeli) döyüşündə Osmanlı tərəfindən ağır məğlubiyyətə uğradıldı.
1472 - 1473-cü illər savaşında məğlubiyyətimizin əsas səbəbi Osmanlı
ordusunun güclü artilleriya və odlu silaha malik olması. Avropadakı
müttəfiqlərin xəyanəti, Misir və Suriyada Osmanlıya qarşı çıxan qüvvələrdən
istifadə edilməməsi idi. Buna baxmayaraq. Osmanlının Şərqə doğru işğallarının
qarşısı alındı və II Mehmetin Azərbaycanı ələ keçirmək planı boşa çıxdı.
Bundan sonra. Sultan Həsən ayrı-ayrı Avropa ölkələrinin Osmanlıya qarşı
birlikdə savaşmaq təkliflərini qulaqardına vurur və Avropa elçilərinin onun
sarayında uzun müddət qalıb. Osmanlıya qarşı müəyyən "zərərli” fəaliyyət
göstərməsinə imkan vermirdi. O, Avropa diplomatiyasının iki türk dövlətini
qarşı - qarşıya qoyub, hər ikisini zəiflətmək siyasətini artıq yaxşı dərk etmişdi.
Sultan Həsən hərbi - köçəri əyanların mərkəzdənqaçma meyllərinin
təzahürü kimi 1474-cü ildə Şirazda baş vermiş qiyamı yatırmaq üçün böyük
hərbi qüvvə sərf etməli oldu. Qiyamın rəhbəri olan oğlu Uğurlu Məhəmməd
qaçıb Osmanlı sarayına sığınaraq II Mehmetin qızı ilə evlənmişdi. Sultan Həsən
tarixi müsəlman türk torpaqları olan Tiflisin və ümumiyyətlə Şərqi Gürcüstanın
dövlətimizin tərkibinə daxil edilməsinə xüsusi diqqət yetirirdi. 1474 - 1477-ci
illərdə, mənbədə deyildiyi kimi, “İslamın qalib gəlməsi və dinimizin
güclənməsi naminə işığın bayrağım küfrün qaranlıq ölkəsinə yönəldərək kafir
qalalanm dağıtmaq, cəhalət və dinsizliyin kökünü kəsmək üçün Gürcüstan
üzərinə müqəddəs yürüşə (cihada) yollandı.” Nəticədə Tiflis də daxil olmaqla.
Şərqi Gürcüstan Azərbaycan dövlətinin tərkibinə daxil edildi.
Dostları ilə paylaş: