Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


irsi soyurqallann ləğv edilməsinə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə80/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   76   77   78   79   80   81   82   83   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

irsi soyurqallann ləğv edilməsinə 
başlandı. Onun verdiyi 
fərmanda deyilirdi: 
“İrsi soyurqallar məhv edilsin və bundan sonra 
verilməsin”. 
Sultan Əhməd mərkəzi hakimiyyətə tabe olmayan bəzi iri 
soyurqal sahiblərini edam etdirdi. Əhalinin vəziyyətini yüngülləşdirmək üçün o, 
şəriətdə olmayan iyirmiyədək qeyri - qanuni vergini ləğv etdi. İri hərbi əyanlar 
mövqelərinin daha da sarsılacağından qorxaraq 1497-ci ildə qiyam qaldırdılar, 
bu islahatçı və ağıllı hökmdan devirdilər. Nəticə acınacaqlı oldu. Daxili siyasi 
mübarizə daha da gücləndi. 1499-cu (1500-cü il də yazılır) ildə dövlətimizin 
ərazisi Bayandurlu şahzadələri 
Əlvənd Mirzə 
və 
Murad Mirzə 
arasında 
bölüşdürüldü. Dövlətimizin özəyi sayılan 
Azərbaycan ərazisi 
Əlvənd Mirzə, 
Əcəm traqı və Diyarbəkr bölgələri 
isə Murad Mirzə tərəfindən idarə 
olunmağa başlandı. Bu bölünmə Bayandurlu sülaləsinin hakimiyyətini daha da 
zəiflətdi və nəticədə Səfəvilər 1501-ci ildə Əlvənd Mirzənin, 1503-cü ildə isə 
Murad Mirzənin 
119 


hakimiyyətinə son qoydular. 
XV əsrdə Azərbaycanın sosial - iqtisadi həyatı 
XV əsr Azərbaycanının təsərrüfat həyatı haqqında ən dolğun 
məlumatlar Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi, rus səyyahı 
Afanasi Nikitin, Venesiya elçiləri Ambroco Kontarini, İosafat Barbaro və alman 
səyyahı İohan Şiltberker tərəfindən verilmişdir. Azərbaycanın ipəkçilik 
təsərrüfatı beynəlxalq əhəmiyyət daşıyırdı. Şirvan ipəyi Avropa və Asiya 
ölkələrində böyük şöhrət qazanmışdı. 1475-ci ildə Şamaxıda olan A.Kontarini 
xatirələrində qeyd edirdi ki, Avropa və Asiya ölkələrində Şirvan ipəyindən əla 
məxmər hazırlanır. Şamaxıda hazırlanan ipək Venesiyada “talaman ipəyi” adı 
ilə məşhur idi. 
Şiltberker Şirvan ipəyindən Dəməşqdə, Kaşanda, Bursada, Venesiyada 
və başqa şəhərlərdə yaxşı parçalar hazırlandığını, əla məxmər toxunduğunu 
qeyd edirdi. Gözəl ipək parçalar, güləbətin, pambıq, bez, qumaş parçalar və 
qiymətli daşlar Şamaxı bazarında satılan əsas mallar idi. Şamaxıdan xam ipək, 
ipək parçalar Moskva dövlətinə, Venesiyaya, Kiçik Asiya, Suriya, İraq və başqa 
ölkələrə ixrac olunurdu. Avropa ölkələri (Venesiya Respublikası, Roma 
papalığı, Neapol krallığı, Avstriya, Macarıstan, Çexiya, Alman dövlətləri, 
Burqundiya hersoqluğu və s.) Azərbaycanla geniş ticarət əlaqələri saxlayırdılar. 
XV əsrdə Azərbaycanın dövlət başçıları padşah titulu daşıyırdılar. 
Şirvanda isə dövlət başçısı şah adlamrdı. Həsən padşah Osmanlı və Teymuri 
hökmdarlan kimi sultan titulunu qəbul etmişdi. Dövlətimizdə baş komandan 
əmir-əl-üməra (əmirlər əmiri) adlanır, padşahdan sonra ikinci şəxs sayılırdı. 
Sonrakı yeri mövlana (ağa) ləqəbini daşıyan sədr - əzəm tuturdu. O, ruhanilərə, 
vəqflərə, mədrəsə və dini müəssisələrə, onlardan vergi toplanıl- masma və 
məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O, daxili idarə və 
xarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Ölkə əyalət - vilayət, tümən 
və nahiyələrə bölünürdü. Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ordunun sıravi 
heyəti süvarilər, oxatanlar və xidmətçilərdən ibarət idi. Bayandurlu sülaləsinin 
hakimiyyəti dövründə Şirvanşahlıqla birlikdə Azərbaycan ordusunda 160 min 
döyüşçü var idi. 
Torpaq sahibim və ver
2
İlər.
XV əsrdə torpaq mülkiyyətinin beş əsas 
forması var idi: 1. Divan (dövlət). 2. Xassə (sülalə). 3. Mülk (irsi). 4. Vəqf 
(dini). 5. Soyurqal. 
Soyurqal iqta əvəzinə verilən və irsən keçən torpaq idi. Soyurqal sahibi 
inzibati, vergi və məhkəmə toxunulmazlığı hüququna malik idi. Soyurqal 
sahibinin belə geniş hüquqa malik olması onun dövlət üçün saxladığı hərbi 
dəstənin bütün xərclərinin özü tərəfindən ödənilməsi ilə bağlı idi. 
Kəndlilərin ümumi istifadəsində olan icma torpaqlan dövlət xəzinəsinə 
məxsus idi. 
Şirvanşah Fərrux Yasann 1474-cü ildə imzaladığı sənəddə 5, Ba- 
120 


yandurlu şahzadəsi Qasımın 1498-ci ilə aid soyurqal sənədində 31 verginin adı 
çəkilmişdir. Uzun Həsənin “Qanunnamə” sinə əsasən kəndlilərdən məhsulun 
1/5 hissəsini təşkil edən malcəhət adlı məhsul vergisi alınırdı. Kəndlilər sudan 
istifadəyə görə bəhrə, maldarlar otlaqdan istifadəyə görə çobanbəyi, sənətkar və 
tacirlər tamğa və bac vergisi ödəyirdilər. Xiristian əhalidən can vergisi alınırdı. 
Səhərlər və ticarət
XV əsrin 30 - 80-ci illərində Cahanşahm, Sultan 
Həsənin və Sultan Yaqubun hakimiyyətləri dövründə Azərbaycanın şəhər 
həyatında canlanma baş vermişdi. İspan səyyahı Klavixo Təbrizi ölkənin ən 
böyük şəhəri kimi göstərmişdi. XV əsrin ikinci yarısında Xəzər dənizində əsas 
limana çevrilən Bakı Moskva və Mərkəzi Asiya ilə ticarətdə mühüm rol 
oynayırdı. Təbriz, Gəncə, Ərdəbil, Şamaxı şəhərləri toxuculuq və ipəkçilik 
mərkəzləri kimi tanınmışdı. Təbriz və Şirvan xalçaları bütün dünyada məşhur 
idi. Dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Venesiya elçisi Kontarini 
Şamaxının zəruri məhsulların çoxluğu baxımından Təbrizdən də əlverişli 
olduğunu qeyd etmişdir. Qərblə ticarətdə Azərbaycan ipəyi xüsusi rol oynayırdı. 
XV əsr Azərbaycan mədəniyyəti 
Bu dövrdə Azərbaycanda əsas təhsil müəssisələri məktəb və mədrəsələr 
idi. 
Dövrün böyük filosofu Nəsimi idi. Nəiminin davamçısı olan digər 
filosof Əbdülhəsən Əli-ül-Əla hürufiliyi yayırdı. 
XV əsrdə coğrafiya və tarix elmi də inkişaf edirdi. Azərbaycan 
coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycan tarixinə və coğrafiyasına həsr 
edilmiş çox qiymətli əsər yazmışdır. 
Şamaxılı filosof və münəccim (astronom) Seyid Yəhya Bakuvi, 
coğrafiyaçı və tarixçi Cəlaləddin Məhəmməd Dəwani kimi alimlər də həmin 
dövrdə yaşayıb - yaradırdılar. Əbdülqadir Marağayi Yaxın və Orta Şərqdə geniş 
yayılmış muğamlar və mahnılar yaratmışdı. Azərbaycan rəssamlarından Əmir 
Dövlətyar, Əbdül Müşavir daha məşhur idilər. 
XV əsrdə Bakıda Şirvanşahlar saray kompleksi inşa edilmişdi. Bu 
kompleksdə divanxana və “Bayıl daşları”nm bədii tərtibatı diqqəti cəlb edir. 
1465-ci ildə Cahanşahm əmri ilə Təbrizdə Göy məscid. Yaqub padşahın əmri ilə 
1483-cü ildə “Həşt behişt” adlı saray kompleksi. Sultan Həsənin əmri ilə 
Təbrizdə Qeysəriyyə (Örtülü bazar) və Həsən padşah camesi ucaldılmışdı. XV 
əsrin ən görkəmli memarlıq abidəsi Şirvanşah I Xəlilullah tərəfindən Bakıda 
inşa etdirilmiş Şirvanşahlar saray kompleksidir. Divanxana, Seyid Yəhya 
Bakuvinin məqbərəsi. Şirvanşah I İbrahimin anası və oğlu üçün hazırlanmış 
qəbir və Şah məscidi memarlıq baxımından çox qiymətli abidələrdir. XV əsr 
Azərbaycan memarlıq abidələrindən Dərbənddə tikilmiş “Darülqiyamət” adlı 
qalanı (1421 - 1422), Dərbənd divarlannm “Qırxlar” qapısını, Bakıda 
İçərişəhərdə tikilmiş “Cümə məscidi”ni (1438 - 
121 


1439), Qəbələ rayonu Həzrə kəndində ucaldılmış Şeyx Bədrəddin məqbərəsini 
(1447), Mərdəkanda Tubaşah məscidini, Səngaçalda (Bakının 40 km - də) 
tikilmiş karvansaranı göstərmək olar. Mərəzə kəndindəki iki hissəli gümbəzə 
malik Diribaba məqbərəsi və Şamaxıdakı “Yeddi gümbəz” türbəsi həmin 
dövrün özünəməxsus memarlıq nümunələrindən sayılır. 
122 


VI
FƏSIL
,
AZƏRBAYCAN DÖVLƏTI
XVI - XVIII ƏSRİN BİRİNCİ YARISINDA 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin