Sənətkarlıq, səhərlər və ticarətin inkisaft,
Səfəvilər dövründə
sənətkarlıq və ticarət sürətlə inkişaf edirdi. Ölkədə 40-dan çox sənət sahəsi
vardı. Bu sahələr içərisində toxuculuq, misgərlik, dəmirçilik, dabbaqhq,
dulusçuluq, dərzilik, bənnahq və sair xüsusi ilə seçilirdi. Bu dövrdə
Azərbaycanda mövcud olan sənət və peşə növlərini beş qrupa ayırmaq olar: 1)
toxuculuq və onunla bağlı olan istehsal sahələri; 2) metal emalı üzrə sənət
sahələri; 3) ağacişləmə sənəti; 4) müxtəlif təyinatlı sənətlər (güzgü
düzəldilməsi, dulusçuluq və s.) 5) müxtəlif peşələr (dəyirmançı, qəssab, kənkan
və s.)
Şəhərlərdə sənətkarlar ayrı-ayrı peşələr üzrə ixtisaslaşmış
emalatxanalarda çalışırdılar. Sərbəst (azad) emalatxanalar ixtisaslaşnuş peşələrə
görə həmkarlar adından birliklərə daxil idilər və onların əsas iş qüvvəsini şəhər
yoxsulları təşkil edirdi. Feodal emalatxanalarında isə əsasən kəndli əməyindən
istifadə olunurdu. Səfəvilər dövründə dövlət tərəfindən açılmış iri
emalatxanalar fəaliyyət göstərirdi. Belə dövlət emalatxanaları şah karxanaları
(“biyutat”) adlanırdı.
Şah karxanalarında əmək bölgüsünün bəzi rüşeymiəri üzə çıxmışdı.
Kapitalist istehsalı üçün zəruri olan ilkin kapital yığımı yox idi; eyni zamanda
Azərbaycan tacirləri istehsalçı ilə istehlakçı arasında yalnız vasitəçilik edir və
Avropa tacirlərindən fərqli olaraq istehsalın təşkilatçısı kimi çıxış etmirdilər.
Belə şəraitdə tacir istehsalçının əməyini yox, məhsulu satın alırdı. Bu isə öz
növbəsində əmək .bölgüsünə əsaslanan kapitalist manufaktura istehsalının
yaranmasına imkan vermirdi. Bütün bunlara baxmayaraq XVI - XVII əsrdə
Azərbaycanda sənətkarlıq istehsalı genişlənir və istehsal texnikası təkmilləşirdi.
I Şah Təhmasib tərəfindən 1565-ci ildə tamğa vergisinin ləğvi sənətkarlığın və
ticarətin inkişafını sürətləndirən amillərdən biri olmuşdur. Azərbaycanda
toxunan ipək, pambıq parçalar və nadir xalçalar bütün dünyada məhşur idi.
Ö.Çələbi yazıdı; “heç bir ölkədə burada olduğu qədər gözəl ustalar -
naxışvuranlar, rəssamlar, zərgərlər və dərzilər yoxdur. Burada istehsal olıman
pambıq və yun parçalar, ipək, məxmər, darai xüsusilə şöhrət qazanmışdı və
bunlar Təbriz parçaları kimi tanınır.”
XVI - XVII əsrlərdə Təbriz Azərbaycanın ən böyük ticarət mərkəzi idi.
Oruc bəy Bayat bu şəhəri “Şərqin paytaxtı” adlandırmışdı. Ö.Çələbiyə görə,
XVI əsrdə Tərizdə 300 min, Təbriz əyalətində isə 500 min adam yaşayırdı.
Burada 700 dükan, 200-dək karvansara var idi. Ölkənin başqa
136
yerlərindən bura taxıl, xam ipək, mal - qara gətirilib, Jan Şardenin sözləri ilə
deyilsə, “Şərqdə ən məhşur olan” Təbriz bazarında satılırdı.
Azərbaycanın şimalında ən böyük şəhər Şamaxı idi. XVI əsrdə baş
vermiş müharibələr bu şəhərin təsərrüfat həyatına ziyan vursa da, o öz iqtisadi
əhəmiyyətini saxlayırdı. A.Oleari və Ö.Çələbi Şamaxının örtülü bazarı və çoxlu
karvansarası olan böyük ticarət mərkəzi kimi təsvir etmişlər. Hər il bu şəhərdə
100 min pud barama satılırdı.
Səfəvilərin dədə - baba mülkü sayılan Ərdəbil xüsusi statusa malik olub,
ölkənin iqtisadi həyatında böyük rol oynayırdı. Şəhərin Qeysəriyyə adlanan
örtülü bazarını A.Oleari “ticarət birjası” adlandırmışdı. Buraya türk, tatar,
hindli, Çin və Mərkəzi Asiya tacirləri gəlirdilər.
Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin mərkəzi olan Gəncə
şəhərinin əhalisi Oruc bəy Bayata görə, 50 min ailədən ibarət idi.
1571 - 1573-cü illərdə Azərbaycanda olmuş Allessandri Səfəvilər
dövlətində 52 şəhərin olduğunu qeyd etmişdi. O, baş şəhər hesab etdiyi
Təbrizdən başqa Qəzvin, Naxçıvan, və Şamaxıya xüsusi əhəmiyyət vermişdi.
Yüz illər boyu sənətkarlıq və ticarət mərkəzləri sayılan şəhərlərdə taxıl
əkinləri, meyvə bağları və bostanlar da var idi. Belə vəziyyət Şamaxı, Bakı və
Mərəndə, hətta Təbriz kimi ən böyük şəhərə də aid idi. Azərbaycan şəhərlərinin
yarımaqrar xarakterli olması Qərbi Avropadan fərqli olaraq burada sənətkarlığın
kənd təsərrüfatından ayrılması prosesinin ləng gedərək ümumiyyətlə, başa
çatmaması ilə bağlı idi.
Səfəvilər dövründə dövlət daxili və xarici ticarətin genişlənməsində
maraqlı olub, bundan böyük gəlir götürürdü. Tacirlərdən rəhdar adlanan yol
gömrük rüsumu, şəhərlərin giriş qapısı və bazarlarda isə bac adlanan ticarət
rüsumu alırdılar. Şəhərlərdə pərakəndə satış bazarlarda həyata keçirilirdi. Xarici
ticarət mərkəzləri kimi karvansaralar əsas rol oynayırdılar. Karvansaralarda
xarici tacirlər daha çox topdansatış ticarət əməliyyatlarını yerinə yetirirdilər.
Azərbaycanın şəhər bazarlannda ticarət yerli tacirlərin əlində idi. XVI əsrin
ikinci yarısından şəhər bazarlarında hind (moltanı), rus, yəhudi və başqa əcnəbi
tacirlərin mövqeyi güclənməyə başlamışdı.
Dövlətimizin xarici iqtisadi əlaqələri
Səfəvilər Qərbi Avropa, Osmanlı, Rusiya, Hindistan və başqa ölkələrlə
geniş ticarət əlaqələri saxlayırdı. XVI əsrdə Qərbi Avropada meydana çıxmış
kapitalist sənayesinin Şərqin, ilk növbədə Azərbaycamn məhsullarma, xüsusilə
xam ipəyə tələbatı artmışdı. Şərqdən, həmçinin Azərbaycandan Aralıq dənizinə
çıxan ticarət yollarına Osmanlı dövləti nəzarət edirdi. Qərb dövlətləri
Səfəvilərlə birbaşa ticarət əlaqələri qurmaq üçün yeni yollar axtarırdılar.
İngiltərə “Moskva” ticarət şirkəti vasitəsilə Rusiyadan keçən Volqa - Xəzər su
yolu ilə Azərbaycan və Hindistana çıxış əldə etməyə çalışırdı. 1561-1563-cü
illərdə “Moskva” şirkətinin nümayəndəsi Entoni Cenkinson ingilis kraliçası I
Yelizavetanın xüsusi tapşırığı ilə Səfəvi
137
hökuməti ilə rəsmi ticarət əlaqələri yaradılması haqqında danışıqlar aparmışdı.
Ancaq Osmanlı dövləti ilə münasiətləri pozmaq istəməyən Şah I Təhmasib
İngiltərə ilə ticarət müqaviləsi bağlamaqdan imtina etmişdi. A.Cenkinson
Şirvan bəylərbəyi Abdulla xanın imzaladığı fərmanla “Moskva” şirkətinə
Şirvan ərazisində ticarət imtiyazları, maneəsiz və rüsumsuz ticarət etmək
hüququ almışdı. 1566-cı ildə “Moskva” şirkətinin başqa bu- nümayəndəsi
A.Edvards, 1574-cü ildə isə T.Benister və Ç.Deket tərəfindən I Təhmasib
səviyyəsində dövlətimizdən həmin şirkətin ticarət fəaliyyəti üçün əlavə
imtiyazlar alınsa da, ingilislərin buradan birbaşa Hindistanla ticarət əlaqələri
saxlamaq xahişləri şah tərəfindən qəti rədd edilmişdi. Çünki Səfəvi tacirləri
hind malları, o cümlədən ədviyyat ticarətində vasitəçilikdən böyük qazanc
götürürdülər. Ümumiyyətlə, ticarət imtiyazlarına baxmayaraq ingilis tacirləri
Azərbaycan bazarında möhkəmlənə bilmədilər.
Qərbi Avropada Azərbaycan ipəyinin əsas alıcılarından biri Venesiya
və Genuya idi. XVII əsrin birinci yarısında Rusiya vasitəsilə Azərbaycanla
ticarətə can atan Hollandiyanı xam ipək daha çox maraqlandırırdı. Hollandlar
1645-ci ildə II Şah Abbasdan Səfəvi torpaqlarından ipək ixracına dair müstəsna
hüquq almışdılar. Şardenin 1671-ci ildə verdiyi məlumata görə, Şah
Süleymanın dövründə holland tacirləri hər il şahın adamlarından bazar
qiymətlərinin 1/3-i qədər baha qiymətə 600 tay ipək satın alırdılar və bunun
əvəzində bir sira imtiyazlardan istifadə edirdilər.
XVII əsrdə Azərbaycamn ticarət tərəfdaşlanndan biri də Rusiya idi.
Azərbaycan tacirləri mallarını Həştərxan bazarına çıxarır və orada Qərbi
Avropadan və Şərq ölkələrindən gətirilmiş mallarla dəyişir, yaxud da nəğd pula
satırdılar. Azərbaycan tacirlərinin özlərinin və mallarının təhlükəsizliyi
Rusiyada, rus tacirlərinin sərbəst ticarət hüququ isə Azərbaycanda dövlət
səviyyəsində qorunurdu.
Səfəvi ipək bazarından İngiltərə və Hollandiyanı sıxışdırıb çıxarmağa
çalışan Rusiya 1667-ci ildə birbaşa şahın nəzarətində olan “Yeni Culfa” ticarət
şirkəti ilə müqavilə bağlanmışdı. Müqaviləyə görə, Səfəvi xam ipəyinin ixracatı
üzərində inhisar hüququ olan Rusiya bu sahədə əsas vasitəçiyə çevrilməli idi.
Gömrüksüz ticarət hüququ alan rus tacirləri xam ipəyi Həştərxandan Moskvaya,
oradan isə Mərkəzi və Qərbi Avropa ölkələrinə ixrac edə bilirdilər. Qeyd etmək
lazımdır ki, bu ticarət müqaviləsi ona bəslənilən ümidləri doğrultmadı, çünki
ingilis və holland tacirləri Səfəvi xam ipəyini birbaşa, vasitəsiz satın almağı
üstün tuturdular.
XVII əsrin əvvəllərində Osmanlı dövləti ilə sülh müqaviləsi
bağladıqdan sonra Azərbaycanın Şərq və Qərb ölkələri ilə ticarət əlaqələri xeyli
güclənmişdi.
XVII əsrin ortalarında Səfəvilərin Osmanlı dövləti ilə ticarət əlaqələri
xeyli genişlənmişdi. Osmanlı tacirlərinin Azərbaycanda maraq göstərdikləri
əsas məhsullar: xam ipək, parçalar, boyaqlar, dəvə və döyüş atları idi. Marağa,
Qarabağ və Muğanda yetişdirilmiş cins atlara Türkiyədə böyük
138
tələbat var idi. Şarden Osmanlıya satılan cins atın hər birinin qiymətinin çox
baha - 1000 frank olduğunu qeyd etmişdir.
XVII əsrdə Azərbaycan
Dostları ilə paylaş: |