Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə84/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   80   81   82   83   84   85   86   87   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

tüfəngçilər 
alayının yaradılmasına 
başlandı. Nizami tüfəngçilər alayı əsasən şəhər 
əhalisinin aşağı təbəqələrindən toplanırdı. Piyada qoşun növü olan tüfəngçilər 
alayında 20 min əsgər var idi və onlar başlarına 12 zolaqlı şiş papaq qoyurdular. 
Sıravi əsgərin illik məvacibi 7 - 1 2 tümən idi. 

Şah Abbasın hərbi islahatlarında 
şah qvardiyası 
vəzifəsini yerinə 
yetirməli olan 
qulamlar korpusunun 
yaradılması əsas yer tuturdu. Qafqaz 
mənşəli xristian xalqlardan yığılan kiçik oğlan uşaqları ilk növbədə müsəl- 
manlaşdınlır və sarayda şahın xüsusi nəzarəti altında şiəlik və şaha sədaqət 
ruhunda tərbiyə olunub yetişdirilirdi. Onlara 
Azərbaycan türk dili 
öyrədilirdi. 

Şah Abbas qulamlarla 
türk dilində 
danışırdı. Qullar ağasının rəhbərlik etdiyi və 
sayı 12 min nəfər olan 
qulamlar korpusu 
şahın, sarayın, mühüm dövlət 
obyektlərinin mühafizəsini həyata keçirirdi. Qulamların əsas silahları tüfəng, ox, 
kaman və qılıncdan ibarət idi. Şah Abbas qulamları 
“özünün süvari 
yeniçəriləri” 
adlandırmışdı. Şah Abbas ona sədaqətlə qulluq edən və yaxşı 
xidmət göstərən qulamları yüksək hərbi və mülki vəzifələrə də təyin edirdi. 
XVI əsrdə Səfəvilərin apardığı müharibələrdə toplardan da istifadə 
olunurdu. Ancaq Şah Abbas Səfəvi dövlətinin tarixində ilk dəfə 
mərkəzləşdirilmiş artilleriya korpusu yaradılmasına xüsusi diqqət yetirirdi. 
Artilleriya
130 


(topçu) alayı daha çox şəhər sənətkarlarının içərisindən toplanırdı və bu alaya 
topçubaşı rəhbərlik edirdi. Şah Abbasın dövründə 500 topa 12 min topçu xidmət 
göstərirdi. Toplardan daha çox qalalann müdafiəsi işində istifadə olunurdu. 
Çünki Səfəvi toplan Avropa toplanndan və Osmanlı toplarından fərqli olaraq 
çox ağır olub, manevretmə qabiliyyəti aşağı idi. 
I Şah Abbas qorçu dəstələrini də yenidən təşkil etdi. Sayı 12 minə çatan 
qorçu dəstəsi tayfa mənsubiyyəti prinsipi əsasında yaradılır və bu dəstəyə 
qorçubaşı rəhbərlik edirdi. İndi qorçu dəstəsi mənsub olduğu tayfanın başçısı ilə 
yanaşı, baş komandana da tabe edilmişdi. Qorçular dövlət xəzinəsindən ildə bir 
dəfə məvacib alırdılar. I Şah Abbasın hakimiyyəti dövründə daimi - nizami və 
qeyri - nizami qoşun birləşmələrinin tərkibində ümumilikdə 116 min nəfər 
hərbçi (60 min nəfərdən çox qızılbaş qoşunu, 20 min nəfər tüfəngçilər, 12 min 
nəfər şah qulamlan, 12 min nəfər qorçu, bir neçə xüsusi təyinatlı hərbi dəstə) var 
idi. 
I Şah Abbas maliyə - vergi sistemində də islahatlar keçirdi. 1590-cı ildə 
dövlətin maliyə idarəsinin rəhbəri təyin edilən Hətəm bəy Ordubadi şahın 
tapşırığı ilə maliyə sistemini kökündən yoxladı və 1591-ci ildə dövlətin mədaxil 
və məxaricinə dair cədvəllər hazırladı. Bu iş 1597 - 1602-ci illərdə Hətəm bəyi 
əvəz etmiş Ağamirzə Əli tərəfindən başa çatdınldı. «Dəstür-ül əməl» adlanan bu 
cədvəllər maliyə sahəsində saray dəftərxanası üçün Əsas qanun və qayda rolunu 
oynayırdı. 
I Şah Abbas əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün vergi yükünü 
imkan daxilində azaltmağa çalışırdı. Məsələn, Xorasan və İsfahan şəhərinin 
əhalisinə vergi güzəştləri edilmiş, Ordubad və Dərbənd şəhərlərini dövlətə 
vergilərdən azad etmişdi. Azərbaycanın müharibə nəticəsində böyük dağıntılara 
uğramış cənub hissəsində savaş bölgəsində yaşayan əhalini iki il müddətinə 
torpaq vergisindən və dövlət rüsumlarından azad etmişdi. Şah Abbas 1615-ci 
ildə əvvəllər əhalidən yığılan və məmurların saxlanmasına sərf olunan əlavə 
rüsumları ləğv etdi. Bu çox böyük güzəşt idi. Çünki həmin rüsumların ümumi 
illik həcmi 30 min tümənə bərabər idi. 1 Şah Abbasın dövründə dövlətin 
maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yüksək vəzifələrə təyin olunan 
məmurlardan “peşkəş” adlanan xüsusi vergi tələb olunurdu. Vergi 
toplanmasının iltizama verilməsi əhalinin vəziyyətini ağırlaşdırdığı üçün 
iltizamçılar üzərində nəzarət gücləndirilmişdi. 
Səfəvi hökmdan 1 Şah Abbasın islahatlan nəticəsində Azərbaycan 
dövləti nəinki əvvəlki qüdrətini bərpa etdi, hətta daha da gücləndi. Qızılbaş 
əyanlarının özbaşınalığına son qoyulması, yerlərdə ayrı-ayrı “sülalə 
hakimlərinin” aradan qaldırılması və I Şah Abbas tərəfindən demək olar ki, 
ölkənin yenidən “fəth edilməsi” nəticəsində mərkəzi hakimiyyət 
möhkəmləndirildi və tam siyasi sabitlik bərqərar oldu. Dövlətin əsas dayağı 
olan daimi nizami ordu yaradıldı, ölkəmizin müdafiə qabilliyyəti gücləndirildi. 
I Şah Abbasın tədbirləri nəticəsində qızılbaş əyanları dövlətə sədaqətli qulluq 
yolu tutduqlarından həm mərkəzi (saray), həm də yerli idarəetmə sistemində 
qızılbaş 
131 


türk əyanları öz əvvəlki üstün mövqelərini qoruyub saxladılar. 
İslahatlar ölkənin iqtisadi inkişafına da təkan verdi. Artıq dövlətimizin 
iqtisadi və hərbi - siyasi qüdrəti itirilmiş torpaqlann geri qaytarılması üçün 
yetərli idi. 
I Şah Abbasın xarici siyasəti 
I Şah Abbas hakimiyyətə gələndə Səfəvi imperatorluğu özünün ən ağır 
günlərini yaşayırdı. Azərbaycanın böyük hissəsi osmanlılar tərəfindən 
tutulmuşdu. Vaxtilə Hörmüzü ələ keçirmiş portuqallar İran körfəzində ağalıq 
edərək dövlətimizin Hind okeanına çıxışını tamamilə bağlamışdılar. 1587 - 
1590-cı il hərbi əməliyyatlan nəticəsində özbəklər münbit torpaqlara malik olub, 
ən mühüm strateji əhəmiyyət daşıyan Xorasanı işğal etmişdilər. I Şah Abbasın 
xarici siyasətinin əsas məqsədi məhz itirilmiş torpaqları impera- torluğun 
tərkibinə qaytarmaqdan ibarət idi. I Şah Abbas 1598-ci ildə hərbi islahatı başa 
çatdıran kimi Xorasan yürüşünə başladı. 1602-ci ilədək davam edən hərbi 
əməliyyatlar nəticəsində Səfəvilər Xorasan vilayətində öz əvvəlki 
hakimiyyətlərini bərpa etdilər. 
I Şah Abbas 1590-cı il İstanbul müqaviləsini Osmanlı dövləti ilə vaxt 
qazanmaq üçün bağlamışdı. Bu müqavilə ilə Azərbaycan torpaqlanmn böyük 
hissəsi itirilmiş və Səfəvilər öhdəlik götürmüşdülər ki, ölkə əhalisi içərisində 
məzhəb ayrılığına görə heç kim incidilməyəcək və ilk üç Xəlifəyə qarşı heç bir 
küfrə yol verilməyəcəkdir. 
I Şah Abbas itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün Osmanlı ilə 
müharibəyə 1603-cü ildə başladı. Bu müharibə fasilələrlə 1639-cu ilədək davam 
etmişdir. Müharibənin gedişində 1603-cü ildən 1607-ci ilədək uğurlu 
əməliyyatlar nəticəsində bütün Azərbaycan torpaqları və Şərqi Gürcüstan 
Osmanlıdan geri alındı. Belə ki, 1603-cü ildə Təbriz və Naxçıvan, 1604-cü ildə 
İrəvan şəhəri, 1605-ci ildə Şirvanın bir hissəsi, 1606-cı ildə Gəncə, Qarabağ və 
Şərqi Gürcüstan, 1607-ci ildə Şamaxı, Bakı və Dərbənd də daxil olmaqla 
Şirvanın qalan hissəsi Osmanlı qoşunlarından azad edildi. Müharibənin 
gedişində ilk sülh müqaviləsi 1612-ci ildə İstanbulda Osmanlı Sultanı I 
Əhmədin sarayında bağlandı. Sultan I Şah Abbasın 1555-ci il Amasya sülhünün 
şərtlərinin bərpa edilməsi haqqında təklifini qəbul etdi. Bununla da Azərbaycan 
torpaqlarının və Şərqi Gürcüstanın dövlətimizin tərkibinə qaytarılması təsdiq 
olundu. İstanbul müqaviləsinə daxil edilən əlavə şərtə görə rusların Qafqazda 
möhkəmlənmək üçün tikdiyi Terek qalasının dağıdılması haqqında Sultan 
göstəriş verərdisə, Səfəvilər buna mane olmamalı idilər. 1612-ci il İstanbul 
müqaviləsinin şərtləri ilə bağlı ilkin razılaşma Sərabda əldə edildiyindən 
tariximizdə bu müqavilə “Sərab” sülhü kimi qalmışdır. Bu sülh müqaviləsindən 
sonra da hərbi əməliyyatlar davam etmişdir. 1618-ci ildə bağlanmış Mərənd 
sülhü ilə tərəflər əvvəlki razılaşmanı bir daha təsdiq edərək, iki dövlət arasında 
sərhədlərin dəqiq müəyyən olunması haqqında razılığa gəldilər. Osmanlı ilə 
müharibə Şah Abbasdan sonra taxta çıxan I Şah 
132 


Səfinin dövründə (1629 - 1642) də davam etdirildi. Nəhayət, 1639-cu il mayın 
18-də müharibəyə yekun vuran Qəsri - Şirin müqaviləsi bağlandı. Müqavilə 27 
maddədən ibarət olub, 40 il müddətinə nəzərdə tutulmuşdu. Tərəflər 1612-ci il 
“Sərab” andlaşmasınm şərtlərini bir daha təsdiq etdilər . Bu müqavilə ilə 
Səfəvilər Bağdad daxil olmaqla Ərəb traqımn itirilməsi ilə razılaşdılar və üstəlik 
Van, Qars, Axıska Osmanlının tərkibində qalırdı. 
I Şah Abbasın xarici siyasətində ən mühüm məsələlərdən biri də İran 
körfəzində Portuqaliyanın ağalığına son qoymaqdan ibarət idi. Hörmüz limanı 
körfəzdə üç mühüm strateji məntəqədən biri olub sahibinə İran körfəzi vasitəsilə 
Hind okeam və Qırmızı dənizə çıxışı təmin etmək və beləliklə, Cənub-Şərqi 
Asiya ticarətinə nəzarət etmək imkam verirdi. I Şah Abbasın portuqallara qarşı 
mübarizədə İspaniyadan kömək almaq cəhdləri uğur qazanmadığından o, 
bölgədə portuqal və hollandlann əsas rəqibi olan İngiltərənin ^*Ost - Hind” 
şirkəti ilə 1621-ci ildə müqavilə bağladı. Müqaviləyə görə şirkətin donanması 
Hörmüzün geri alınmasında Səfəvilərə yardım göstərməli, əvəzində Hörmüzdə 
əldə olunacaq gömrük rüsumu Səfəvi və İngiltərə dövlətləri arasında yan 
bölünməli və həmin limana gətirilən ingilis mallarından heç bir gömrük rüsumu 
alınmamalı idi.l622-ci ildə ingilislərin köməyi ilə körfəzin əsas məntəqələri olan 
Hörmüz və Kiş adalan portuqallardan geri alındı. I Şah Abbas qələbə münasibəti 
ilə “Ost - Hind” şirkətinə ticarət imtiyazları ilə bərabər Bəndər Abbas limanmda 
iki ticarət faktoriyası yaratmağa icazə verdi. Ancaq ingilislər burada bina tikə 
bilməzdilər. I Şah Abbas İran körfəzində İngiltərənin nüfuzunun güclənməsinin 
qarşısını almaq üçün Hollandiya və Portuqaliya ilə də müqavilələr bağladı. 
1623-cü il noyabrın 21-də Hollandiya ilə bağlanan müqavilə ilə bu ölkənin 
tacirlərinə sərbəst ticarət hüquq verilmişdi. 1625-ci il müqaviləsi ilə portuqallar 
müəyyən ticarət imtiyazı əvəzində, körfəzdəki bütün keçmiş müstəmləkələrinin 
dövlətimizə məxsusluğunu təsdiq etdilər. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin