75
Şəkil 5.4 Geyimin astar tərəfdən yoxlanılması
Şalvarın keyfiyyətinə nəzarət bu ardıcıllıqla aparılır. O, bel yeri sol tərəfə olmaqla ütülənmiş
halda stolun üzərinə sərilir (Şəkil 5.5). Sağ (şəkil 5.5 a) və sol (şəkil 5.5 b) yarımhissələrin balağı, manjeti,
sağ yarımhissəsi sol tərəfə qatlanıb addım tikişi və calağı (şəkil 5.5 c) yoxlanılır. Sonra balağı yoxlayıcıya
tərəf
çevrilir, bel yeri, kəmər büküyü,
bağlama yeri, kəmərin astarı, oturacaq tikişi və kəsiklərin
hörmələnməsi yoxlanılır (şəkil 5.5 ç). Sonra şalvarın oturacaq tikişi ayrıca olaraq dartılmaya yoxlanılır
(şəkil 5.5 d).
Şəkil 5.5 Şalvarın yoxlanması
Paltarın və köynəklərin keyfiyyəti stolun üstündə və manekendə yoxlanılır.
Köynəklər stolun üstündə yoxlanıldıqda əvvəlcə onların qabaq, sonra isə arxa hissə və içəri tərəfi
yoxlanılır. Köynəklərin koketkası (şəkil 5.6. a), qabağı (şəkil 5.6. b), yaxalığı (şəkil 5.6. c), qolları (şəkil 5.6.
ç); donun isə yaxalığı,
döş sahəsi, qolları, ətəklik hissəsi (şəkil 5.7. a, b) nəzərdən keçirilir. Tikiş
məmulatının nəzarət obyekti onun xarici görünüşü, bədənə oturması və işlənilmə keyfiyyətidir. İşlənilmə
76
keyfiyyətinin xüsusiyyətinə isə onun düzgün icra edilməsi, simmetrik hissələrin düzgün yerləşdirilməsi,
tikişin düzgün işlənilməsi, onun addımları (1 sm məsafədə tikişin miqdarı) və s. aiddir.
Şəkil 5.6 Kişi köynəyinin yoxlanması
Şəkil 5.7 Paltarın keyfiyyətinin yoxlanması
Geyimin xarici görünüşünün təsdiq edilmiş nümunə ilə eyniliyi əsas parçanın, astarın
bəzədilməsi və furnituru texniki normanın və modanın texniki təsvirinin
tələblərinə tam uyğun
gəlməsidir. Geyimi yoxladıqda onun bədənə oturmasını manekenə geydirib düymələmək, arxa və qabaq
hissəni, bortu, yaxanı, yaxalığı və qolları yoxlamaq lazımdır. Manekenə geydirilməyən bortsuz üst
geyimlərin bədənə düzgün oturması, onların qabaq hissəsinin simmetrikliyi, eləcə də bütün köynəklər
stolun üstündə yoxlanılır. Yaxalığın boyun yerinə düzgün birləşdirilməsi alt yaxalığın orta tikişindən çiyin
tikişinin ucuna qədər və çiyin tikişindən yaxanın çıxıntısına qədər olan məsafəni ölçməklə yoxlanılır.
Geyimin bədənə oturmasının əsas xüsusiyyətləri qabaq və arxa hissənin üzərində əzilmə, sınma, əyrilik
olmamasından ibarətdir. Yaxalığın və yaxanın ucları qatlanmamalı, yaxalıq əyri olmamalı, yaxalıq boyuna
lazımi qaydada yatmalıdır. Qol öz yerinə tikiləndə nə irəli, nə də geri olmamalı, qolun yığması və onun
konstruksiyaya uyğun qol yerində paylanması, eləcə də nəzarət çərtiklərinin
bir-birinə düz gəlməsi
zəruridir. Arxa şlisin tərəfləri modada göstərilən səviyyədə üst-üstə yatmalıdır, yəni aralanmamalı, biri
o birinin üstünə artıq keçməməlidir. Astar və istiliksaxlayan ara materialı qısa və ensiz olmamalı, çəp
birləşmə nəticəsində geyimin üstündə deformasiya alınmamalıdır.
5.4.2. Tələbələr üçün fəaliyyətlər
Üç qrupa bölünün. Hər qrup öz liderini seçsin. Qruplara sual hazırlanmış
iş vərəqləri
paylanılır. Tələbələr sualları yazılı sürətdə cavablandırırlar. Sonra liderlər vərəqləri
lövhədən asırlar və cavablar ətrafında müzakirə aparılır.
Beş nəfərdən ibarət bir qrup yaradılır. Bu qrup Texniki Nəzarət Bölməsi adlandırılır.
Tələbələr əvvəlcədən hazırladıqları tikiş məmulatlarını ilk öncə özləri yoxlayır və nöqsanları
aşkar edirlər. Sonra məmulatlar TNB-nə təqdim edilir. Bu bölmə məmulatların müəyyən
edilmiş standartlara uyğunluğunu yoxlayır və nöqsanlarını aşkar edir.
77
5.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: