İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə100/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   96   97   98   99   100   101   102   103   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
120 
Core i5, Core i7 modelləri dünyanın aparıcı firmaları tərəfindən istehsal olunan 
kompüterlərdə geniş istifadə olunur. Hal-hazırda Intel şirkətinin əsas rəqəbi AMD 
şirkətidir. Şirkət istehsal etdiyi Athlon, Sempron, Phenom mikroprosessorları ilə 
dünya kompüter satışı bazarında məşhurdur. 
Prosessorun əsas xarakteristikası onun takt tezliyidir. Takt tezliyi 
Meqaherslərlə (Mhs) və ya Qiqaherslərlə (Qhs) ölçülür. Parametr kompüterin nə 
qədər cəld işlədiyini əks etdirir. 
Inntel Celeron 1100 Socket 370 mikroprosessoru 
Noutbuklarda istifadə edilən prosessorların bəzi modelləri iki nüvəli (bəzən 
dörd nüvəli, bəzən də çox nüvəli) olur (məsələn, Core 2 Quad prosessoru). Bu bir 
mərkəzi prosessorun iki və ya dörd altprosessordan ibarət olduğu anlamını verir. 
Bu baxımdan da bu tip prosessorlar eyni tezlikdə digər bir nüvəli prosessorlar 
(məsələn, Atom N270) ilə müqayisədə daha çox məhsuldar işləyirlər. 
Prosessor ana lövhədə (mother board) yerləşir və ana lövhə onun digər 
qurğular ilə əlaqəsini təmin edir. Əgər istifadəçi noutbukun qapağını açıb içərisinə 
nəzər salsa, ana lövhənin ən çox yer tutduğunun şahidi olacaqdır.


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 121 
Intel prosessorunun prinsipial sxemi 
INTEL DG41TY ana lövhəsi 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
122 
OPERATİV YADDAŞ 
Cari anda yerinə yetirilən bütün proqramlar, həmçinin istifadəçinin istifadə 
etdiyi informasiya xüsusi hazırlanmış yaddaşda – operativ yaddaşda saxlanılır.
Operativ Yaddaş Qurğusu (OYQ) prosessor tərəfindən təhlil edilmiş 
informasiyanın lazım olan müddət ərzində saxlanması üçün istifadə olunur. Bu 
baxımdan da yaddaşı operarativ adlandırırlar. İstifadəçi operativ yaddaşdakı 
informasiyadan çox cəld istifadə edə bilir. Yaddaşın çatışmazlığı onda olan 
informasiyanı kompüter şəbəkəyə qoşulduğu zaman ərzində saxlaya bilməsidir. 
Çünki, yaddaş mikrosxemlər üzərində qurulduğundan onun işləməsi üçün elektrik 
gərginliyinin olması mütləqdir. 
Operativ yaddaş noutbukun içərisində xüsusi yuvaların köməkliyi ilə ana 
lövhə ilə əlaqə saxlayır. 
Operativ yaddaşa yazılmış informasiyanı müəyyən etmək üçün hesablama 
texnikasında bayt adlanan ölçü vahidindən istifadə olunur. Operativ yaddaşın bir 
bayt yaddaşında elektron kitabın bir hərfini saxlamaq mümkündür. Hal-hazırda 
hazırlanan operativ yaddaşların tutumu lazımı səviyyəyə çatdırılmışdır. Buna görə 
də daha böyük ölçü vahidlərindən istifadə edirlər.
Operativ yaddaş 
SƏRT DİSK 
Öndə qeyd edildi ki, noutbuku şəbəkədən ayırdıqda, onda olan informasiya 
tamamilə silinir. Onda belə bir sual ortaya çıxır, noutbukun şəbəkədən ayrıldığı 
zaman istifadəçinin hazırladığı və təhlil etdiyi informasiya harada saxlanılmalıdır? 
Bu məqsəd üçün bütün kompüterlərdə, həmçinin noutbuklarda sərt diskdən 
(HDD) istifadə edirlər. 
Bəzi texniki ədəbiyyatlarda sərt diski Vinçester də adlandırırlar. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin