İ N F O R M A T İ K A ____________________________________________________________
202
Aktiv menyuda kursorun hərəkəti əmri seçməyə imkan verir.
Rəngi solğun olan bəndləri aktivləşdirmək mümkün deyildir, çünki həmin
əmrlərin icrası üçün zəruri şərait hələ yaranmamışdır.
Şaquli menyu əmrləri aşağıdakı nişanlarla zənginləşdirilə biləndir:
əmrdən soldakı nöqtə dəyişdirici açarın qiymətini seçməyə imkan verir;
əmrdən soldakı bayraqcıq rejimin seçilməsinə imkan verir;
sağdakı qara rəngli ox əmrin növbəti menyu səviyyəsinə keçidini
reallaşdırır;
əmrdən sonra gələn üç nöqtə (...) göstərir ki, bu əmrin icrası üçün dialoq
pəncərəsindən əlavə şərtlər daxil edilməlidir. Bu əmr seçildikdə dialoq
pəncərəsi masaüstünə açılır.
Menyunun xüsusi bir növü dinamik (kontekst) meny adlanır. Dinamilk
menyu obyekt üzərində mausun sağ düyməsini sıxmaqla açılır. Bu menyuda
açılmış obyekt üzərində icrası mümkün olan əmrlər yerləşir.
İŞ MASASINDA YERLƏŞƏN PİKTOQRAMLAR (NİŞANLAR) Windows 7 əməliyyat sistemi ilə işə başlayarkən iş masasında yalnız Recycle
Bin (Корзина-Səbət) piktoqramı görünür. Bir qədər sonra yeni proqramların
qurulması və ya sənədlərin yaradılmasına iqtibaslar nəticəsində digər nişanlar da
peyda olmağa başlayır. Bu piktoqramlar (nişanlar) müxtəlif rənglərlə və üslublarla
bir-birindən xeyli fərqlənir. Lakin bütün nişanlar eyni boyda olur. Nişanlar bəzən
piktoqram, bəzən də ikon adlandırılır. Bu nişanların köməyilə proqram əlavəsini
işə salmaq və ya sənədi açmaq sürətlənir. Bunun üçün nişan üzərində mausun sol
düyməsini bir və ya iki dəfə sıxmaq kifayətdir.
Proqramın icraya buraxılması (işə salınması) və ya sənədin açılması üçün
aidi kontekst (dinamik) menyudan da istifadə etmək mümkündür. Nişan üzərində
sağ düymə sıxıldıqda aidi menyu açılır. Bu zaman nişanın yanında icrası mümkün
olan əməllərin siyahısı gğrünür. Bu siyahıdan Open (Открыть-Aç) əmri
secilməlidir. Bunun üçün həmin əmri seçmək lazımdır. Bilavasitə iş masasında
özünüz üçün xüsusi qovluq yarada bilərsiniz. Bunun üçün iş masasının boş
sahəsində sağ düyməni sıxmaqla dinamik menyu (şəkil 3.) açıb, mausun oxunu
New (Создать-Yeni) bəndinin üzərinə gətirib sol düyməni bir dəfə sıxmaq
lazımdır.