İ N F O R M A T İ K A
____________________________________________________________ 217
Şəkil 17. Help (Справка и поддержка-Yardım və dəstəkləmə) dialoq pəncərəsi
WINDOWS 7-NİN TƏRTİBATININ SAZLANMASI
İş masasının tərtibatı üçün bəzi parametrləri, məsələn, masanın arxa
planını, fonunu əməliyyat sistemini qurarkən vermək olur. Bəzən arxa planı və
fonu dəyişmək lazım gəlir. Bu, pəncərənin
xarici görünüşünə də, müxtəlif
əməllərin icrası zamanı çıxarılan səslərə də eyni dərəcədə aiddir.
Windows 7-nin tərtibatının parametrlərini
dəyişmək üçün mausun sağ
düyməsini iş masasının istənilən boş yerində sıxın (şəkil 18.).
Windows sazlamalarının bəzilərini dəyişmək istəsəniz Sizdən inzibatçı
hüququ tələb olunacaqdır. Çünki, əməliyyat sistemi qurularkən hökmən inzibatçı
hüququ olan istifadəçi nəzərdə tutulur. Əgər Siz inzibatçı hüququ ilə işləyən
istifadəçisinizsə, onda istədiyiniz parametri dəyişə bilərsiniz.
Əks halda sistem
Sizdən parol tələb edəcəkdir. Açılan aidi (kontekst) menyuda (Персонализация-
Fərdiləşmə) bəndini seçin. Bu zaman ekrana fərdiləşdirmə pəncərəsi açılacaqdır
(şəkil 19.).