İ N F O R M A T İ K A
____________________________________________________________
224
görünəcəkdir. Şəklin hansı müddətdən sonra ekrana gəlməsini təyin etmək üçün
(Интервал-Ara) qutusuna lazım olan müddəti müəyyən
edən ədədi daxil etmək
kifayətdir. Ədədi daxil edəcəyiniz sahədəki qiymətləri aşağı/yuxarı ox düymələrini
sıxmaqla dəyişdirmək olar.
Bəzi başlıq şəkilləri üçün əlavə parametrlər də daxil etmək olur. Bunun üçün
(Параметры-Parametrlər) düyməsinə sıxmaq kifayətdir.
Başlıq şəklinə müəyyən formatda baxış keçirmək üçün (Просмотр-Baxış)
düyməsinə sıxın və müəyyən müddət ərzində klaviatura üzərindəki düymələrə və
mausa toxunmayın. Şəklə baxiş keçirdikdən sonra ya klaviaturanın
ixtiyari
düyməsini, ya da kı, mausun sol düyməsini sıxın (Susma
rejimində monitor az
enerji məsrəfi rejiminə 10 dəqiqədən sonra keçir).
Şəkil 25. Ekranın başlıq şəklinin parametrləri
Rejimi sazlamaq üçün müəyyən parametrlərin dəyişdirilməsi kifayətdir.