İ N F O R M A T İ K A
____________________________________________________________
204
Qovluğa ad vermək üçün nəzərdə tutduğunuz adı klaviaturadan yığın və
[Enter] düyməsini basın (şəkil 6.). Artıq iş masasında Sizin öz qovluğunuz vardır.
Şəkil 5. Iş masasında yeni
qovluq
Şəkil 6. Yaradılmış qovluğa ixtiyari adın verilməsi
İş masasındakı qovluğu ləğv etmək üçün qovluq nişanını seçib klaviatura
üzərindəki Delete (Удалить-Ləğv et) düyməsini sıxmaq kifayətdir.
Əməliyyat
sistemi dialoq pəncərəsi açıb ləğv etməni təsdiqləməyinizi dəqiqləşdirəcəkdir
(şəkil 6.). Bu, ona görə edilmişdir ki, təsadüfi ləğvetmə mümkün olmasın.
İ N F O R M A T İ K A
____________________________________________________________ 205
Beləliklə, ləğv etməni təsdiq etmək üçün Yes (Да-Hə) düyməsini sıxın.
Nəticədə qovluq ləğv edilir. Ləğv edilən qovluq Recycle Bin (Корзина-Səbət)ə
düşür və boş görünən Recycle Bin (Корзина-Səbət)i indi dolu görünəcəkdir.
MƏSƏLƏLƏR PANELİ
Ekranın aşağısında üzərində düymə və nişan şəkilləri olan zolaq var ki, buna
da Taskbar (Панель задач-Мəsələlər paneli) deyilir. Taskbar (Панель
задач-
Мəsələlər paneli)nin sol ucunda
Start (Пуск-Başla) düyməsi vardır. Bu,
Windows 7-nin (Главное менью-Baş Menyu)sunu ekrana açmaq üçündür.
(Главное менью-Əsas Menyu) barədə sonra bəhs ediləcəkdir.
Hələlik Taskbar
(Панель задач-Мəsələlər paneli)nin digər elementləri haqqında bəzi mülahizələr
söyləyək. Start (Пуск-Başla) düyməsindən sağda bir-neçə (adətən üç) piktoqram
yerləşir. Bunlar bəzi proqram əlavələrini cəld işə salmağa yardımçıdırlar.
Bunlardan biri (
piktoqramı) İnternetdə səhifələrə baxış keçirmək üçün istifadə
edilən brauzeri çağırmağa imkan verir. Digər piktoqram (
piktoqramı) fayl və
qovluqlarla işləmək üçün olan proqram əlavəsini – Explorer (Проводник-
Bələdçi)ni, üçüncü nişan isə (
piktoqramı) Windows Medianın video və səs
fayllarının səsləndiricisini işə qoşur.
Taskbar (Панель задач-Мəsələlər paneli)nin sağ ucunda düzbucaqlı
şəklində olan üstü yazısız düymə yerləşir. Bu düyməni sıxdıqda iş masasına
açılmış pəncərələr yığılaraq iş masasını boşaldırlar. Bu düymənin sol tərəfində cari
tarix və vaxt əks etdirilir. Mausun oxunu buraya yönəldən kimi vaxtla yanaşı ayın
və həftənin günü sözlə yazılmış şəkildə ekranda görünür.
Vaxt düyməsinin
yanında səsucaldan dinamik düyməsi yerləşir. Əgər Sizin kompüterdə səsucaldan
və ya qulaqcıq varsa, səsi tənzimləyə bilərsiniz. Bundan ötrü dinamik nişanına
sıxmaq lazımdır. Bu zaman sürüngəcli şkala görünəcək. Mausun oxunu
sürüngəcin üzərinə gətirib sol düyməni sıxdıqda səsi tənzimləyə bilərsiniz.
Dinamik (səsucaldan) nişanından solda hesablayıcı şəbəkənin işə hazır olduğunu
göstərən nişan yerləşir. Əgər bu nişan üstündə xaç şəkili varsa (
piktoqramı),
bu
o deməkdir ki, sistem şəbəkəyə qoşula bilmir. Məsələn, ola bilər ki,
kabel
şəbəkə kartına qoşulmamış, yaxud da sistem qurulmuş şəbəkə kartı üçün drayver
seçə bilmir. Bu elementlər qrupunda ən solda cari dilin indikatoru yerləşir. Adətən
ruslaşdırılmış əməliyyat sistemlərində rus və ingilis dillərindən birini seçmək
mümkün olur. Burada
RU
yazılıbsa, rus dilinin əlifbası (Kiril əlifbası),
EN
yazılıbsa,
ingilis dilinin əlifbası (Latın əlifbası) işləyir. Əlifbanı dəyişmək üçün nişana sıxıb,
açılan menyudan lazım olan bəndi seçmək olar (şəkil 7.). Əlifbanı dəyişmək üçün
düymələr kombinasiyasından da istifadə edə bilərsiniz. Bunu etmək üçün bir-neçə
variant mövcuddur.