İ N F O R M A T İ K A
____________________________________________________________
258
Bu zaman iş masasına Paragraph (Абзац-Abzas) dialoq pəncərəsi açılacaq
(şəkil 48.). Açılan siyahıda əvvəlcədən təyin edilmış interval qiymətlərindən birini
seçmək olar. Əgər Siz (Множитель-Çoxaldıcı) qiymətini seçsəniz, istədiyiniz ədədi
qiyməti daxil edə bilərsiniz.
Şəkil 48. Paragraph (Абзац-Abzas) dialoq pəncərisindən istifadə etməklə
intervalların sazlanması
Yığılmış abzasda sətirarası intervalı dəyişmək üçün əvvəlcə onu ayrılmış
fraqmentə çevirmək lazımdır. Bu pəncərədə, həmçinin abzasönü və abzassonrası
intervalları da təyin etmək olar. Bunun üçün (Интервал-Ara məsafə) qrupundakı
(Перед-Öndəki) və (После-Sonrakı) sahələrindəki
ədədi qiymətləri dəyişmək
lazımdır.
Bu qiymətlər santimetrlə deyil, bəndlərlə (nöqtələrlə) dəyişdirilir.