İ N F O R M A T İ K A
____________________________________________________________
252
Əgər təqdim olunan simvollar arasında Sizə lazım
olan simvol yoxdursa,
(Другие символы-Başqa simvollar) bəndini seçin. İş masasına açılmış pəncərədə
bütün simvollardan ibarət siyahı çıxacaq, istədiyiniz simvolu seçin (şəkil 42.).
Sonra İnsert (Вставить-Daxil et) düyməsini sıxıb həmin simvolu mətnə daxil edə
bilərsiniz. Bu əməliyyatdan sonra pəncərə hələ açıq qalır. Əgər başqa simvol daxil
etməyəcəksinizsə, Close (Закрыть-Bağla) düyəsini sıxıb pəncərəni bağlayın.
Şəkil 42. Symbol (Символ-Simvol)
dialoq pəncərəsi
HAZIRLANMIŞ SƏNƏDİN YADDAŞDA SAXLANMASI
Sənəd yığılıb hazır olduqdan sonra onu adlandırıb fayl formasında sərt
diskdə saxlamaq lazımdır. Əks halda Microsoft Word 2010 proqramını bağladıqda
yığdığınız
mətn itəcək, zəhmətiniz hədər gedəcəkdir.
Sənədi faylda saxlamaq
üçün sərlövhə sətrinin sol tərəfindəki Save (Сохранить-Yaddaşa Yaz)
düyməsini sıxın.
Faylı ilk dəfə yaddaşda saxladıqda standart saxlama pəncərəsi (şəkil 43.) iş
masasına açılır və istifadəçidən faylın harada saxlayacağını
göstərmək tələb
olunur. Mausun köməyi ilə faylı saxlamaq istədiyiniz qovluğu tapın. Faylın adı olan
sahədə mausun sol düyməsini sıxıın və kursorun dayandığı yerdə, yəni File name
(Имя файла-Faylın adı) qutusuna faylın adını daxil edin. Çünki hazırladığınız
sənəd bu adla yaddaşa yazılacaqdır (saxlanacaqdır). Sonra Save (Сохранить-