İ N F O R M A T İ K A
____________________________________________________________ 247
Şəkil 39. Font (Шрифт-Yazı Tipi) qrupu
Üfqi və şaquli xətkeşlərdəki ağ sahələr vərəqdəki yelənlərin, boz sahələr isə
səhifənin ölçüsünü göstərir. Üfqi xətkeşdə 3 marker var:
birinci, cari abzasın sol sərhədini;
ikinci, cari abzasın sağ sərhədini;
üçüncü, abzasın ölçüsünü göstərir.
Abzasın ölçüsü sol düyməni sıxıb mausla
markeri xətkeş boyu sağa
çəkməklə təyin edilir. Şəklin miqyasını Microsoft Word 2010 pəncərəsinin aşağı
sağ küncündəki sürüngəci sol düyməni sıxaraq hərəkət etdirməklə dəyişə
bilərsiniz. Minus (-) tərəfə hərəkət etdikdə, miqyas kiçilir, vərəq sizdən uzaqlaşır,
plyus (+) tərəfə
hərəkət etdikdə miqyas böyüyür, vərəq sizə yaxınlaşır. Miqyas
faizlə göstərilir.
Bir qədər solda 5 düymə yerləşir. Bunlar sənədin əks etdirilməsi rejimlərini
qoşub-açır.
Mətn, susma qaydasında, Page Layout (Разметка
страницы-Səhifə
quruluşu) rejimində göstərilir. Çünki bu, daha münasibdir.