İ N F O R M A T İ K A
____________________________________________________________
358
Tim
Berners-Li
1992-ci
ilin
noyabr
ayında artıq dünya miqyasında
26 serverdən istifadə olunurdu.
1993-cü ildə bu rəqəm 200-ü
keçir. 1995-ci ildə WWW–nin
müxtəlif ölkələrdə tətbiqi o
qədər artır ki,
şəbəkəni
“həvəskar
şəbəkə”
adlandırmaq düzgün sayılmır.
İndiki
zamanda
İnternet-
şəbəkədən
milyardlarla
istifadəçi
bəhrələnir.
Hal-
hazırda
Tim
Berners-Li
yaratdığı
Ümumdunya
Hörümçək
Toru
şəbəkəsi
Konsorsimuna (World Wide
Web Consortium)
rəhbərlik
edir.
Server
ayrılmış
və
ayrılmamış
ola bilir.
Ayrılmış
server
işçi stansiya kimi
işləyə bilmədiyi halda, a
yrılmamış
server
isə işçi stansiya kimi işləyə bilir.
Bu halda
şəbəkənin məhsuldarlığı və etibarlığı aşağı düşür.
QEYD
: İşçi stansiyalar daha güclü prosessorlarla təmin olunmuş,
əlavə
yaddaşa malik və xüsusiləşdirilmiş əməliyyatları (məsələn, 3D qrafikası,
videooyunların yaradılması və s.) yerinə yetiri bilən sadə masaüstü kompüterlədir.
Ümumi təyinatlı sistem vasitələri çox hallarda serverdə saxlanır ki, bu da işçi
stansiyaların yaddaşından səmərəli istifadə edilməsinə imkan verir.
Birsəviyyəli
şəbəkələrdə ayrıca server olmur. Şəbəkənin idarə edilməsi
funksiyaları işçi stansiyalar arasında paylanır. Lakin
bu halda sistem cədvəlləri
bütün kompüterlərə yazılır. Bu şəbəkələr nisbətən az məhsuldar olsa da, istismarı
sadədir.
Şəbəkənin ən mühüm cəhəti münaqişəli situasiyaların həlli üçün metodların
seçilməsidir. Bu məqsəd üçün şəbəkələrin çoxu prioritet sistemindən istifadə edir.
İcra etdiyi funksiyadan asılı olaraq, server müxtəlif cür adlandırılıa bilir.
Məsələn, telekommunikasiyalar serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında
əlaqə yaradır. Buna görə də bu server xəbərlərin marşrutlaşdırılmasını və daxil
olan və çıxan informasiyanın buferləşdirilməsini təmin etməlidir. Hesablayıcı
server işçi stansiyaların gücü çatmayan hesablamaları aparmaq üçündür. Disk