İ N F O R M A T İ K A
____________________________________________________________ 353
FƏSİL XVIII. KOMPÜTER ŞƏBƏKƏLƏRİ. İNTERNET
KOMPÜTER ŞƏBƏKƏLƏRİ HAQQINDA ÜMUMİ
ANLAYIŞ VƏ ONLARIN TƏYİNATI
Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və
bir-biri ilə informasiya mübadiləsi edən kompüterlər qrupu nəzərdə tutulur.
Şəbəkədə birləşdirilmiş kompüterlər müxtəlif coğrafi nöqtələrdə yerləşə bilər.
Kompüter şəbəkəsi ilə çoxmaşınlı kompleksi eyniləşdirmək olmaz.
Çünki
çoxmaşınlı kompleksə daxil olan hər bir maşın vahid hesablama prosesində ayrıca
bir iş görür. İstənilən kompüter miniatür çoxmaşınlı kompleksdir. Çünki
kompüterin tərkibinə müxtəlif kontrollerlər və adapterlər daxildir ki, bunların da
hər birinin özünəməxsus funksiyası, prosessoru və yaddaşı vardır. Çoxmaşınlı
kompleks həm də özünü iri maşın (maynfreym) kimi aparır.
Yeni
nəsil IBM maynfremi
Belə maşınların tərkibində xarıcı qurğuların idarə edilməsi kimi köməkçi
İ N F O R M A T İ K A
____________________________________________________________
354
funksiyalar icra edən köməkçi kompüterlər vardır. Çoxmaşınlı kompleksdən fərqli
olaraq şəbəkədə birləşdirilmiş maşınların icra etdikləri funksiyalar əvvəlcədən
məlum deyil, şəbəkənin quruluşu dəyişə biləndir
və müxtəlif proseslərdə
kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola bilir. Şəbəkənin işi yalnız
kompüterlər arasında informasiya mübadiləsini reallaşdırmaqdan ibarət olur.
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra obyektiv səbəblərlə, o
cümlədən, iqtisadiyyatın qloballaşdırılması, işgüzar fəaliyyətin və dövləti işlərin
idarə edilməsi səviyyəsinin yüksəldilməsi, informasiya
xidmətinin yeni növlərinin
meydana çıxması ilə bağlıdır.
Müəssisədəki kompüterlərin birləşdirilməsi və şəbəkə aşağıdakı üstünlüklərə
malikdir:
İş yerlərində icra edilən idarəetmə əməliyyatları bir proqramla, vahid
qayda və vahid vasitələrlə həyata keçirilir;
Şəbəkədən istifadə edilməsi zamanı müəssisənin
bütün verilənləri bir
(bəzən bir neçə) kompüterdə yerləşdirilir ki, bu da həmin verilənlərə
bütün iş yerlərindən müraciət etmək imkanı verir;
Disk yaddaşına qənaət edilir;
Sistemə daxil edilən informasiya həmin andan etibarən bütün istifadəçılər
üçün də əlçatan olur;
Çoxistifadəçili rejim təmin edilir;
Periferiya qurğularından (printerdən, maqnit diskindən və s.) şərikli
istifadə edilir.
Sadalanan
bu funksiyalar
proqramların paylanması
,
verilənlərin paylanması
və
kompüter resurslarının paylanması
adlanır. Bununla yanaşı şəbəkədə prosessor
resursları da paylana bilir, yəni, az güclü
kompüter güclü kompüterin
resurslarından istifadə edə bilir.
Kompüter şəbəkələri lokal, regional və qlobal olur.
Dostları ilə paylaş: