Mərkəzləşdirilmiş idarəetmə prinsipində
məlumatlar mübadiləsinin
idarə edilməsi fayl-server
tərəfindən yerinə yetirilir. Serverdə saxlanılan fayllar
şəbəkənin işçi stansiyaları tərəfindən idarə edilə bilərlər. Bir işçi stansiyasının
faylına digər işçi stansiya müraciət edə bilməz.
Mərkəzləşdirilmiş şəbəkələrdə xüsusi ayrılmış serverlər
olmur. Şəbəkənin
idarəetmə funksiyası növbə ilə bir işçi stansiyadan digər işçi stansiyaya ötürülür.
Çox da böyük olmayan işçi stansiya üçün belə şəbəkə daha səmərəlidir və
real paylanmış hesablama mühitinin qurulmasına imkan verir. Mərkəzləşdirilmiş
şəbəkələrə nəzərən burada proqram təminatı daha sadə olur, fayl-serverdən
istifadə edilməsi lazım olmur, sistemin qurulması ucuz başa gəlir.
İ N F O R M A T İ K A
____________________________________________________________ 371
Wi-Fi şəbəkəsi
Orta
və
böyük
kompüter bazasında hesablama
proseslərinin
mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar
“klient-server”
texnologiyası
ilə əvəz edilmişdir.
Mərkəzləşdirilmiş idarəetmə sistemində
bütün hesablama resursları,
məlumatlar və onların işlənmə proqramları bir kompüterdə cəmləşdirilir.
İstifadəçilər terminalların (displeylərin) vasitəsilə hesablama maşınlarına daxil
olurlar. Terminallar kompüterə ya interfeys vasitəsilə, əgər terminallar uzaq
məsafədə yerləşdirilmişsə, telefon xətləri vasitəsilə qoşulurlar. Terminalın əsas
funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Sxemin müsbət
cəhəti inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin
mümkün olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı
etibarlılığa malik olması, aparat və proqram təminatının artırılmasının çətin olması
və bir qayda olaraq, şəbəkənin istifadəçilərinin sayı artdıqda operativliyin aşağı
düşməsi və sairədir.
|