İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə263/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   259   260   261   262   263   264   265   266   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
372 

Kliyent-server
” arxitekturasında terminalı kliyentə məxsus olan fərdi 
kompüter, meynfreymi isə informasiyanın təhlilinin ümumi məsələlərini həll etmək 
məqsədilə ayrılan bir və ya bir neçə güclü kompüterlər (kompüter-serverlər) əvəz 
edir. Modelin müsbət cəhəti onun daha canlı olması və hesablama sisteminin 
etibarlılığı, istifadəsinin bir neçə tətbiqi proqramla eyni zamanda işləyə bilməsi
informasiya təhlilinin yüksək operativliyi, istifadəsinin yüksək keyfiyyətli interfeys 
ilə təmin olunması və sairədir. 
“Klient-server”
texnologiyası 
Qeyd etmək lazımdır ki, bu cür daha perspektivli və öz imkanları tam 
bitməmiş texnologiya özünün sonrakı inkişafına zəmin yaratmışdır. Son zamanlar 

İnternet
” texnologiyası yaranmışdır. “Kliyent-server” texnologiyasından fərqli 
olaraq, bu texnologiya məlumatlara yox, istifadəçi üçün hazırlanmış informasiyaya 
yönəldilmişdir. İnternet texnologiyası yuxarıdakı hər iki sistemin müsbət 
xüsusiyyətlərini özündə cəmləşdirir. Texnologiya əsasında qurulmuş hesablama 
sistemlərinin tərkibində mərkəzi informasiya serverləri və son istifadəçiyə 
informasiyanı çatdıran paylanmış komponentlər olur. 
“Kliyent-server” 2 texnologiyası ilə əlaqədar olan bəzi anlayışlar aşağıda 
verilmişdir. 
Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf: server və 
xidmət resursları imkanlarını ayıran tərəf iştirak edir. Resurslardan istifadə edən 
adətən kliyent, resursları təmin edən tərəf isə server adlanır. Resurs kimi aparat 
komponenti (disk, printer, modem, skaner və s.), proqram, fayl, verilənlər bazası 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 373 
ola bilər. Buradan da bir sıra terminlər meydana gəlmişdir: fayl-server və ya disk-
server, printer-server və ya çap serveri, məlumatlar bazası serveri, SQL-server 
(SQL dilində məlumatlar bazasında sorğuların işlənməsi proqramları), kompüter-
server və s. Aydındır ki, bütün serverlərin öz kliyentləri vardır. 
Proqram təminatı nöqteyi-nəzərindən “kliyent-server” texnologiyası 
kliyentlərin və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasını təmin edir. 
Kliyent proqramları kimi mətn və cədvəl prosessorları proqramlarından, server 
proqramı kimi isə məlumatlar bazasının idarəetmə proqramından istifadə oluna 
bilər. “Kliyent-server” proqram cütlüyü kimi məlumatlar bazasından götürülmüş 
informasiyalı cədvələ malik sənədi işləyən mətn prosessorunun proqramını misal 
göstərmək olar. 
Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda kliyent, digər 
halda isə server rolunda çıxış edə bilər. Müəyyən zaman intervalında bir 
proqramda kliyent və server öz rollarını dəyişə bilərlər. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin