İ N F O R M A T İ K A ____________________________________________________________
376
4.Vicdansız əməkdaşlar tərəfindən müəyyən materialların digər mənbəələrə
“axıdılması”;
5.İnzibatı işçilərə hiss ediləcək dərəcədə əlavə xərclərin çəkilməsi.
İntranetin əsaslı şəkildə planlaşdırılması üçün şırkətdaxili informasiya
mübadiləsinin məqsədyönlü azaldılması və optimallaşdırılması mütləq yerinə
yetirilməlidir.
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması üçün müxtəlif
mürəkkəbliyə malik məsələlər həll edilməlidir. Belə ki:
Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir;
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün
alınmalıdır;
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır;
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin
edilməli və marşrutlaşdırma idarə edilməlidir;
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla
informasiya mübadiləsi reallaşdırılmalıdır;
İnternet bazasında İntranet texnologiyasına maneəsiz informasiya
xidmədi təşkil edilməlidir;
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir.
Hazırda informasiya mübadiləsinə ehtiyacın artması və müasir texniki
nailiyyətlər, qlobal kompüter şəbəkələri dövlətlər arasında əməkdaşlıq
proqramının həyata keçirilməsinin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir.
Bu məqsədlə elm və təhsilə, biznesə, maliyyəyə, iqtisadi fəaliyyət sahələrinə
informasiya və s. xidmətləri göstərən çoxlu sayda kompüter şəbəkələri
yaradılmışdır.
Heç də təsadüfi deyildir ki, informasiyanın elektron formada ötürülməsini
təmin edən kommunikasiya vasitələrinin ən böyük istehlakçıları elə bu
təşkilatlaşdırılmış kompleksləri birləşdirən qlobal kompüter şəbəkələrini milli və
beynəlxalq miqyasda maliyyə hesablaşmaları aparmağa və geniş informasiya
resurslarından hərtərəfli istifadə etməyə imkan verir. Bundan başqa qlobal
kompüter şəbəkələri ticarət və istehsal müəssisələri üçün bütün gün ərzində
fasiləsiz işləyən “
reklamçı
” funksiyasını da yerinə yetirir. Reklamın belə təşkili
ucuz başa gəldiyindən hal-hazırda bütün müəssisələr bu xidmət növündən istifadə
edirlər. Qeyd etmək lazımdır ki, informasiyanın verilməsinin (ötürülməsinin)
elektron sistemlərindən istifadə etmədən iqtisadiyyatın idarə edilməsinin müasir
tələblərə cavab verən mükəmməl bir sistemin yaradılması mümkün deyil. Ona
görə də idarəetmə orqanları proqram-aparat komplekslərinin əsas istehlakçıları
olmaqla yanaşı informasiyanın elektron formada ötürülməsinin və kommunikasiya
vasitələrinin tətbiq edildiyi əsas sahələrdir.
Ən geniş yayılmış qlobal şəbəkə İNTERNETdir.