İ N F O R M A T İ K A ____________________________________________________________
104
Artıq bu işlə kompüter sənayesində “
nəhəng ” sayılan IBM, DEC, Hewlett-Packard
firmaları ciddi məşğul olur. 1981-ci ildə IBM firması özünün uğurlu sayılan IBM PC
modelinin istehsalına başlayır. Həmin vaxtdan başlayaraq fərdi kompüter istehsalı
möhkəm əsaslar üzərində istiqamətlənir və özünün fərdi kompüter bazarının
yaradılmasına təkan verir.
Üçüncü nəsil kompüterlərin əməli yaddaşının maksimal tutumu 106 yuva,
maksimal işləmə sürəti isə 107 əməliyyat/saniyədir. Bu tip kompüterlərdə yüksək
səviyyəli alqoritmik dillərdn istifadə olunur. Kompüterlərə mətn xarakterli
informasiyanı daxil etmək üçün klaviaturadan, informasiyanın vizual formada
xaric edilməsindən ötrü isə videoterminaldan istifadə edilir.
Kompüter texnologiyasının sonrakı inkişafı böyük inteqral sxemlərin (BİS)
istehsalı ilə sıx bağlıdır. İnteqral sxemlərin ölçülərinin kiçildilməsi nəticəsində
kompüterlərdə yaddaş tutumunun artması ilə yanaşı işləmə sürətinin də
artırılması əldə edilir.
Keçən əsrin 80-ci illərinin ortalarında fərdi kompüterlərin kəmiyyət və
keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi yeni nəsil fərdi kompüter - super
mikroelektron kompüterlərin yaranmasına səbəb olur. Belə fərdi kompüterlərin
digərlərindən əsas fərqli cəhəti onlarda 32-mərtəbəli prosessorların (Motorola
68020, Intel 80386, Texac Instruments 32032 və başqaları) istifadə olunması idi.
Mikroprossorlardan və BİS-lərdən istifadə edərək düzəldilmiş kompüterləri
dördüncü nəslə aid etmək qəbul olunmuşdur. Belə texnologiyanın kompüterə
tətbiqi nəticəsində yaddaşın tutumu maksimum qiymətə - 108 bayta (o dövr
nəzərdə tutulur), maksimal işləmə sürəti isə 109 əməliyyat/saniyəyə çatdırılmışdı.
Həmin ərəfədə kompüter istehsalı ilə məşğul olan aparıcı firmalar
kompüterlərdən səmərəli istifadə etmək məqsədi ilə çoxməsələli proqramlaşdırma
dilləri yaradır və kompüterdə ondan geniş istifadə etməyə başlayırlar.
Kompüterlərin imkanlarını daha da artırmaq məqsədi ilə onlara yardımçı
qurğuların – Maus və multimedia ləvazımatlarının tətbiqi həyata keçirilir.
Beləliklə, öndə göstərilən texniki qurğuların kompüterlərə tətbiqi yeni
kompüter nəslinin yaranmasına və istehsalına təkan verir.
Sonrakı illərdə kompüter istehsalçıları fərdi kompüterlərdə çox böyük
inteqral sxemlər üzərində yığılmış prosessorlardan və operativ yaddaş
qurğularından istifadə edərək yeni nəsil fərdi kompüterlər –
beşinci nəsil fərdi
kompüterlərin istehsalına başlayırlar.
Çox vaxt fərdi kompüterlərin nəsillərə bölünməsini onların daxilində istifadə
olunan mikroprosessorların dəyişməsi ilə əlaqələndirirlər. Bəzi ədəbiyyatlarda isə
müəlliflər belə təsnifatın şərti olduğunu qeyd edirlər. Məsələ ondan ibarətdir ki,
16-mərtəbəli mikroprosessorun məcburi imkanlarından maksimum istifadə
edilməsi həmin mikroprosessorun müxtəlif variantlarının yenidən işlənib
təkmilləşdirilməsinə səbəb oldu. Məsələn, 20-mərtəbəli ünvan şini olan Intel
80186 tipli mikroprosessorun IBM PC XT markalı fərdi kompüterində istifadə
edilməsi, operativ yaddaşın yuxarı həddini 1 Mbayta, 24-mərtəbəli ünvan şini olan
16-mərtəbəli Intel 80286 tipli mikroprosessorun IBM PC AT markalı fərdi