İ N F O R M A T İ K A
____________________________________________________________ 103
“Apple I” fərdi kompüteri
Texniki ədəbiyyatlarda fərdi kompüterləri də elektron hesablama maşınları
kimi nəsillərə bölürlər. Bu nəsillər haqqında aşağıda məlumat verilir.
Birinci nəsil
kompüterlərin element bazasının elektron lampası olmasına
baxmayaraq onların əməli (operativ) yaddaşının maksimal tutumu 104 yuva,
maksimal işləmə sürəti isə 104 əməliyyat/saniyə idi. Kompüter üçün
proqram
maşın dilində tərtib edilirdi. İstifadəçi hesablama maşını
ilə əlaqəni perfokart
vasitəsilə həyata keçiridi.
İkinci nəsil
fərdi kompüterlər hazır sistem şəklində keçən əsrin 70-ci
illərinin axırlarında istehsal olunmuşdur. Belə fərdi kompüterlər əvvəlkilərə
nəzərən azacıq da olsa etibarlı olmaları ilə yanaşı (sadə də olsa) proqram
təminatına da malik idilər. Bu nəsil kompüterlərin element bazasını tranzistorlar
təşkil edirdi. Onlarda istifadə edilən yaddaş qurğuları isə ferrit nüvələrdə yığılırdı.
Belə kompüterlərin operativ yaddaşının maksimal tutumu 105 yuva,
maksimal
işləmə sürəti isə 106 əməliyyat/saniyəyə bərabər idi.
QEYD
: 1960-cı illərin əvvəllərində R.Noys kiçik lövhə üzərində yerləşmiş
tranzistorların və onların əlaqə xətlərinin birləşməsini əldə edir.
Elektron sxemi
inteqral sxem və ya çip adlandırmaq qəbul edilir.
Keçən əsrin 80-ci illərinin əvvəllərində fərdi kompüterlərin üçüncü nəsli
yaranır.
Üçüncü nəsil
fərdi kompüterlərin texniki xarakteristikalarının
təkmilləşdirilməsi onların işgüzar aləmdə geniş istifadə olunmasına səbəb olur.