fərdi
kompüterlərin
yaradılmasına gətirib çıxartdı.
XX əsrin 70-ci illəri fərdi kompüterlərin yaradılması ilə əlamətdardır.
Fərdi kompüterlərin aparat vasitələrinin inkişaf edilməsi və tənzimlənməsi
məqsədi ilə, həmçinin onların Windows 8 (həmçinin Windows-un yeni versiyaları-
Windows 10 ilə) əməliyyat sistemi ilə uzlaşması üçün Microsoft, Intel, Compaq
şirkətləri bu tip kompüterlər üçün xüsusi təsnifat hazırlamışlar. Təsnifatlar hər il
yenilənir və onların qarşısında aşağıdakı məqsədlər qoyulur:
aparat və proqram vasitələrinin keyfiyyətini yüksəltməklə istifadəçinin
müxtəlif xarakterli sorğularına cavab vermək;
Windows əməliyyat sistemi örtüyü altında işləyən aparat vasitələrinin və
drayverlərinin istehsalını təşkil etmək, onların yüksək keyfiyyətli, ucuz,
məhsuldar olmalarına nail olmaq;
yeni konstruktor və texnoloji məsələlərin həll olunaraq həyata
keçirilməsini təmin etməklə yeni modellərin yaradılmasına nail olmaq.
İ N F O R M A T İ K A
____________________________________________________________
98
Beləliklə, istifadə olunan hər bir fərdi kompüter özünəməxsus
xarakteristikaya malik olur.
FƏRDİ KOMPÜTERLƏRİN TƏSNİFATI
VƏ İNKİŞAF YOLU
Elm və texnikanın müxtəlif sahələrində istifadə edilən fərdi kompüterlərin
əsas xüsusiyyətləri aşağıdakılardır:
əmrlər sistemi;
yaddaşın tutumu;
işləmə sürəti;
satış qiyməti.
Əmrlər sistemi fərdi kompüterlərdə həyata keçirilə bilən elementar əmrlərin
siyahısıdır. Bu siyahıya əsasən toplama, çıxma, vurma və bölmə əmrləri daxildir.
Yaddaşın tutumu fərdi kompüterin yaddaşında yerləşdəriləcək maksimum
informasiyanın miqdarıdır.
İşləmə sürəti fərdi kompüterin daxilində yerləşən mikroprosessorun bir
saniyə ərzində yerinə yetirdiyi əməliyyatların sayıdır.
Fərdi kompüterin satış qiyməti isə söylənilənlər nəzərə alınmaqla digər
amillərdən də çox asılıdır.
Ümumiyyətlə, fərdi kompüterləri (və ya elektron hesablama maşınlarını)
müxtəlif şəkildə təsnifləndirirlər. Bunlardan ən çox istifadə olunanları hesablama
maşınlarının fəaliyyət (əməliyyat) prinsipinə və təyinatına görə, həmçinin
ölçülərinə və funksional imkanlarına görə təsnifləndirilməsidir.
Fəaliyyət (əməliyyat) prinsiplərinə görə hesablama maşınlarının
təsnifləndirilməsi aşağıdakı kimidir:
analoq hesablama maşınları;
rəqəm hesablama maşınları;
hibrit hesablama maşınları.
Analoq hesablama maşınları maşına kəsilməz şəkildə təqdim olunan
informasiyanı təhlil etmək üçün istifadə edilir.
Rəqəm hesablama maşınlarına informasiya diskret şəkildə daxil olur. Belə
maşınların işləmə sürətlərinin az olmasına baxmayaraq, onlar iş prosesində
yüksək dəqiqlik nümayış etdirirlər. Rəqəm hesablama maşınları bir saniyə ərzində
bir neçə milyonlarla informasiyanı təhlil edirlər.
Hibrit hesablama maşınları əvvəlkilərdən fərqli olaraq həm kəsilməz, həm də
diskret formada daxil olan informasiyanı təhlil edirlər. Bu tip maşınlardan
ixtisaslaşdırılmış sahələrdə istifadə etmək əlverişlidir.
Hesablama maşınlarını təyinatına görə aşağıdakı kimi təsnifləndirirlər:
ümumi təyinatlı (universal) hesablama maşınları;
problemyönlü hesablama maşınları;
|