İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə77/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   73   74   75   76   77   78   79   80   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
92 
Həm verilən, həm də proqram ünvanlaşdırılmış yaddaşda saxlanır. 
Kompüter əmr deşifratorunun köməyi ilə proqram mətnini veriləndən ayırir. Maşın 
əmrlərinin bitkin çoxluğu maşın dilini yaradır. Maşın əmrinin icrası 3 addımdan 
ibarətdir: 

əmrin seçilməsi; 

icrası; 

növbəti əmrin ünvanının hesablanması. 
Bunun üçün prosessorda 2 registr – 
ünvan
və 
əmr
registri vardır. Ünvan 
registri əmr baytının nömrəsini, əmr registri isə əmrin məzmununu təyin edir.
ELEKTRON HESABLAMA MAŞINLARININ TƏSNİFATI 
 
Elektron hesablama maşınlarının imkanlarını araşdırmaq üçün onları 
müəyyən əlamətlərinə görə qruplara ayırırlar. Hesablama maşınlarının təsnifatı 
onların məhsuldarlığı və qabarit ölçüləri ilə sıx bağlıdır. Elektron hesablama 
maşınları aşağıdakı kimi təsnif edilir: 

yüksək məhsuldarlığa malik EHM-lər və sistemlər (super EHM-lər); 

böyük EHM-lər (ümumi təyinatlı universal EHM-lər); 

kiçik və ya mini-EHM-lər; 

mikroEHM-lər. 
Super elektron hesablama maşınları
hesablama maşınlarının yarandığı 
dövr ərzində ən güclü hesablama sistemləri sayılır. İndiki zamanda onlara ABŞ-da 
istehsal edilən güclü hesablama maşınlarından sayılan “Gray” və “IBM SP2” aid 
etmək olar. Məsələn, 16 prosessorlu “Gray-3” modeli yüksək sürətli hesablama 
maşını sayılır və o, saniyədə 10 milyarddan çox əməliyyatı yerinə yetirir. Və 
yaxud, CS-6400 modelində prosessorların sayı 64-ə çatdırılmışdır. Bu baxımdan 
da onlarda saniyə ərzində milyardlarla əməliyyatı həyata keçirmək mümkündür. 
2000-ci ildə dünyada ən güclü kompüter ASCI White kompüteri sayılırdı. 
Kompüterdə IBM şirkəti tərəfindən istehsal olunan yüksək parametrli 8 192 ədəd 
prosessordan istifadə edilmişdi. SuperEHM xüsusi temperatur rejimində işləyirdi 
(temperatur rejimini əldə etmək üçün maye azotdan istifadə edilirdi). Belə 
kompüterlərin məhsuldarlığını digər kompüterlərin məhsuldarlığı ilə müqayisə 
etmək qeyri-mümkündür. 
Böyük EHM-lər
(ümumi təyinatlı universal Elektron Hesablama Maşınları) 
tarixi baxımdan ilk yaradılan hesablama maşınları sayılır. Onların element bazası 
adi elektron lampasından müasir yüksək sürətli inteqrasiyaya malik elmentlərə 
kimi inkişaf etmişdir. Böyük EHM-lərin əsas təyinatı mürəkkəb elmi-texniki 
hesablamaların yerinə yetirilməsi, riyazi modelləşməyə aid məsələlərin həll 
edilməsi, iri həcmli idarəetmə sistemlərinin avtomatlaşdırılmasında yararlı olan 
mərkəzi hesablama maşını kimi istifadə edilməsi və s. hesab olunur. Belə 
hesablama maşınlarına nümunə son zamanlara kimi ABŞ-da istehsal olunan, 370 
ailəsinə məxsus olan IBM firmasının istehsal etdiyi maşınları, həmçinin keçmiş 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin