İ N F O R M A T İ K A
____________________________________________________________
94
IBM şirkətinin akademik mərkəzi, z9-BC və z9EC markalı Böyük Elektron
Hesablama Maşınları
Mini EHM-lər
kiçik ölçüyə və qiymətlərinin aşağı olmaları ilə (böyük
hesablama maşınları və superEHM-lərə nəzərən), həmçinin universallığı
baxımından elektron hesablama maşınları içərisində
ən çox inkişaf etmiş
hesablama maşını hesab oluna bilər. Bu tip hesablama maşınlarının yaranması
keçən əsrin 60-cı illərinə təsadüf edir. Onlardan texnoloji proseslərin idarə
edilməsində, avtomatlaşdırılmış layihə sistemlərinin
və əyilgən istehsal
sistemlərinin yaradılmasında geniş istifadə olunmuşdur. Mini elektron hesablama
maşınlarının bəzi xarakteristikalarının önəmli olması baxımından onları böyük
hesablama maşınları ilə müqayisə etmək mümkündür.
Bu tip hesablama
maşınlarına nümunə kimi DEC firmasının istehsalı olan VAX-11 və CM-1700
markalı maşınları göstərmək olar.
İ N F O R M A T İ K A
____________________________________________________________ 95
“VAX – 11” mini Elektron Hesablama Maşını
Mikro EHM-lərin
yaradılması bir-başa mikroprosessorların yaradılması və
istehsalı ilə bağlıdır. Mikroprosessorların istehsalı ilə hesablama maşınlarının
nəınki mərkəzi orqanları, hətta hesablama maşınlarında
istifadə olunan, kiçik
ölçüyə malik periferiya qurğularının yaradılması həyata keçirildi.
MikroEHM-lər
iqtisadiyyatın bütün sahələrində, sanaye və
müdafiə sənayesinin əksər
sahələrində özlərinə tətbiq sahələri tapdılar. Buna əsas səbəb onların kiçik ölçülü
və yüksək məhsuldarlığa malik olmaları, həmçinin yüksək etibarlılığı və
qiymətlərinin ücüz olmaları idi.
Hesablama texnikasının müxtəlif sahələrində müxtəlif tip mikroEHM-lərdən
istifadə edilir. Bunlara aşağıdakılar aiddir:
bir sıra terminallar ilə təmin olunan, müxtəlif sahələrdə istifadəyə yararlı
mikro Elektron Hesablama Maşınları;
idarə olunacaq obyektin bir hissəsi sayılan, texnoloji avadanlıqları və ya
avtomobillərin altsistemlərini idarə edən yardımçı mikro Elektron Hesablama
Maşınları;
avtomatlaşdırılmış
layihələrdə qrafiki işləri, həmçinin nəşriyyat
sistemlərində
müxtəlif işləri yerinə yetirən, özündə kifayət qədər güclü və
bahalı mikro Elektron Hesablama Maşınlarını cəmləşdirən işçi stansiyaları
(qlobal hesablama şəbəkələrində host-maşın
vəzifəsini həyata keçirən
kompüteri bəzən işçi stansiyalar da adlandırırlar).