genetik olaraq proqramlaşdırırlır. Həm
hüceyrədaxili proseslər, həm də neyronlar arasındakı əlaqə hüceyrələrin genetik
ixtisaslaşması ilə müəyyənləşdirilir. Məsələn, görmə aparatının neyronları yalnız
özünün ikinci neyronları ilə əlaqəyə girir. Onlar eşitmə və s. sistemin neyronları
ilə heç bir əlaqəyə girmir. Bu hal beyinin bütün şöbələrinin və orqanların
neyronları üçün spesifik xarakter daşıyır və çox böyük əhəmiyyətə malikdir.
Genlərin dəsti (yığımı) inkişafda olan sinir hüceyrələrinin hansı tipə və sinir
kələfinə aid olacağını əvvəlcədən müəyyənləşdirir. Neyronların hansı quruluşa,
formaya, xassələrə malik olması də genetik determinasiyaya uyğun olaraq for-
malaşır. Sinir kələflərinin 3 genetik determinasiya olunmuş tipi-
ierarxik, lokal və divergent – ayırd edilir.
İerarxik sinir kələfləri (toru)– neyronlararası əlaqə yaradan sensor və
lokomator liflərdə mövcuddur. Bu zaman sinir sisteminin yuxarı şöbələrinə
daxil olan impulslar orada sintez və analiz olunduqdan sonra əvvəlcə birinci,
sonra isə ikinci, üçüncü və s. neyronlara, oradan isə onurğa
beyinin spesifik motor-hərəki neyronları ilə işçi orqana-əzələyə ötürülür.
Beləliklə, informasiyaların işçi orqana ötürülməsi
ierarxik səviyyədə -yuxarı
hökmran sisteminin (baş beyinin) neyronlarından aşağı-ona tabe olan liflərə
ötürülməsi üçün konkret komanda-əmr verilir və onlar əzələlərin müəyyən qrup
hüceyrələrinə ötürülür. Bu sistem informasiyaların çox dəqiq və çevik
ötürülməsini təmin edən ən fəal determinasiya olunmuş neyron qrupu sayılır.
Həmin prosesdə
konvergensiya (bir səviyyənin bir neçə neyronu digər
səviyyənin həmin sayda neyronları ilə əlaqəyə girir), yaxud
divergensiya (bir
səviyyənin neyronunun digərinin çoxlu sayda neyronları ilə əlaqəyə girməsi)
nəticəsində informasiyalar filtrasiya olunur (süzülür) və siqnallar çox güclənir.
Neyronların yaralanmalar, xəstəliklər, insult, şişlər zamanı informasiyaları
keçirmə qabiliyyəti itdikdə, yaxud çox zəiflədikdə konvergensiya və
divergensiya onların «köməyinə çataraq» bəzi şanslar verir. Belə ki, bir
səviyyənin neyronları nisbətən məhv edildikdə, zədələnmiş hüceyrələr fəallaşır
və onların da funksiyalarını öz üzərlərinə götürürlər. İerarxik sistemi təkcə
sensor və motor liflər üçün deyil, həm də başqa sistemlər üçün də müvafiq
köməklik göstərir və onlarla ittifaqa (alyansa) girir.