Fяxrяddиn mustafayev


boğazlıqla yekunlaşır.  Boğazlıq (qraviditas)



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə124/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   207
N 349

boğazlıqla
yekunlaşır. 
Boğazlıq (qraviditas)
irsiyyətin 
sitoloji əsası sayılan xromosom və genlərin vasitəsilə əlamət və xassələrin 
valideynlərdən gələcək nəsil törəmələrinə keçməsi prosesinin əsas və ən 
birinci təminatçısı sayılan mürəkkəb fizioloji prosesdir. Bu proses 
ziqotanın əmələ gəlməsindən balanın doğulmasına qədər dişi fərdlərin 
orqanizmində baş verir və praktiki olaraq onun başlanğıcı sonuncu 
mayalanma hesab olunur. Boğazlıq balalıqda bir və ya bir neçə dölün 
inkişaf etməsindən asılı olaraq 
birdöllü (ilk doğuş)
və 
çoxdöllü
(əgər baş 
versə sonrakı təkrar doğuşlar) formaya böölünür. Gedişinə görə 
boğazlığın 
fizioloji
(ana və dölün normal fizioloji vəziyyətinin davam 
etməsi) və 
patoloji
(ananın və inkişafda olan dölün orqanizmində gedən 
fizioloji proseslərin pozulması və patologiya ilə müşayət olunması) 
formaları ayırd edilir. Ana bətnində dölün inkişafında 3 əsas mərhələ 
mövcuddur: 
1.
Blastosisitlər (blastula) mərhələsi
– mayalanmadan ziqotanın 
yumurtalıq (fallopi) borusundan balalığa daxil olması və inkişafı ilə 
xarakterlənir və 10 gün davam edir. 
2.
Embrional (rüşeym) dövrü 
rüşeymin balaətrafı pərdələrlə (ətənə 
ilə) birləşməsi ilə səciyyələnir, 11-ci sutkadan 40-cı sutkaya qədər davam 
edir. 
3.
Fetal (döl) dövrü–
dölün böyümə və inkişafı ilə səciyyələnir və 
doğuma qədər olan mərhələni əhatə edir. Bəzi müəlliflər (A.P.Studensov 
və b., 1980) heyvanların boğazlığına digər-
postfetal-dövrü
də (doğumdan 


119 
fizioloji yetişkənliyə qədər olan dövr) əlavə edirlər. Əlbəttə, bu dövr bir 
növ məcazi məna daşıyır. Boğazlığın müddəti inəkdə -285 (240-311), 
qoyun və keçidə-150 (146-160), donuzda 114 (110-140), madyanda -340 
(307-412), eşşəkdə– 380 (360-390), dəvədə-365 (335-395), camışda-307 
(300-315), itdə və canavarda – 62 (59-65), fildə-660, su itində-456, 
zürafədə-420, Şimal marallarında-225 (195-243), ayıda-200, pələngdə-
154, pişikdə-58 (55-60), dovşanda-51 (50-52), gəmiricilərdə-22 (20-25) 
sutkadır. Ümumiyyətlə, heyvanların çoxalma funksiyalarının göstəriciləri 
bir-birindən xeyli fərqlənir 
(cədvəl 5)

 
 
 
 
 
Cədvəl 5.
 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin