117
Qucaqlama refleksi
– törədicinin dişi fərdin üzərinə qalxması və ön
ətrafları ilə onu qucaqlamasından
ibarət olub, ayqırlarda və donuzlarda çox
güclü, buğa, təkə və qoçlarda isə nisbətən zəif nəzərə çarpır. Bu refleks də irsi və
növdaxili xarakter daşıyır, bəzi variasiyalara malikdir, eyni vaxtda birləşmə
refleksii yaranır, törədicinin
fəal hərəkəti nəticəsində
penis vaginaya daxil olur
(immitsio),
onun dinamiki hərəkəti
(friksio)
nəticəsində termiki və mexaniki
reseptorları qıcıqlanır və
eyakulyasiya
başlayır.
Vaginal myalanma
qrupuna aid
olan heyvanlarda koitus qısa, eyakulyasiya sinxron olmaqla, sperma balalıq
boynuna daxil olur. Bu qrupun tipik nümayəndələri iri və xırda buynuzlu
heyvanlar, bütün antilop növləri və dovşanlar sayılır.
Balalıq mayalanması
qrupuna aid olan
heyvanlarda sperma bir başa
balalığa daxil olur (at, eşşək, donuz, pişik, itlər və tülkülər), onlarda koitus
nisbətən uzun çəkir, eyakulyat asinxron xarakterlidir. Göründüyü kimi, müxtəlif
mayalanma tipinə malik olan heyvanlarda cinsiyyətli aktı fərqli xüsusiyyətə
malikdir
(cədvəl 4)
.
Cədvəl 4.
Müxtəlif mayalanma tipinə malik olan heyvanlarda cinsiyyət aktının fərqlənməsi
(A.P.Studensov və b., 1980)
Cinsiyyət aktı (koitus)
Balalıq mayalanması
Vaginal mayalanma
Koitusun müddəti
Eyakulyasiya
Eyakulyatın həcmi
Spermiyaların
konsentrasiyası (qatılığı)
Uzun
Dəqiqələrlə hesablanır
Böyük
Azacıq
Qısa
Saniyələrlə hesablanır
Kiçik
Böyük
Əlavə cinsiyyət vəziləri
Yaxşı inkişaf etmişlər
Zəif inkişaf etmişlər
Vaginal tipli mayalanmaya malik olan heyvanlarda koitusun qısa
müddətli olmasının səbəbi spermiyanın xaya artımından genişlənmiş am-
pulabənzər toxumaparan kanala daxil olub oradan vaginaya gətirilməsi za-
manı birləşmə refleksinə qədər ləngimənin baş verməsidir. Spermiyanın
ləngiməsinin səbəbi isə məhz toxumçıxarıcı kanalın genişlənmiş ampu-
layabənzər quruluşa malik olmasıdır. Buğa, qoç və təkədə cinsiyyət aktı
ilə eyakulyasiya eyni vaxtda baş verərək 2-10, antiloplarda isə-10-15
saniyə davam edir. Ayqırın və eşşəyin cinsiyyət aktı 1-3 dəqiqə,
eyakulyasiya isə-5-10 saniyə, donuzda bu göstəricilər müvafiq olaraq 10-
15 və 7-8 dəqiqə davam edir. Dəvələr cinsiyyət aktını yatılı
vəziyyətdə
118
arxa-arxaya birləşməklə davam etdirir, proses 13-14 dəqiqə davam edir.
Bütün heyvanlardan fərqli olaraq cinsiyyət reaksiyası erkək dəvələrdə
olduqca aqressiv formada keçir. Bu proses əsasən ilin soyuq qış aylarında
baş verir. Həmin dövrdə erkək dəvə yemdən tamamilə imtina edir, çox
güclü,
köpüklü tüpürcək əmələ gəlir, insanlara hücum edir və uzaq
məsafədən onlara tüpürür. El arasında buna «nər qızıb» deyirlər. Nər
insan üçün çox təhlükəli olduğu üçün həmin dövrdə bir neçə gün onun ön
ətraflarını möhkəm çidarlayır, cinsiyyət reaksiyası tamamilə söndükdən
sonra onu çidardan azad edirlər. Buna oxşar reaksiya buğada,
xüsusilə
kələdə də müşahidə olunur. Hövrəgəlmə aktı başladıqda kələ olmadıqda
camışlar onu axtarır, bəzən isə onu tapana qədər uzaq məsafəyə miqrasiya
edir. İtdə və digər yırtıcı vəhşi ət yeyən heyvanlarda (canavar, tülkü,
çaqqal, yenot və s.) koitus nisbətən uzun, bəzən isə 2 saata qədər davam
edir və bu müddət ərzində onlar birləşmiş vəziyyətdə olur. Şirlər də
koitusu yatılı vəziyyətdə keçirir. Lakin koitus zamanı
erkəklər sakit
davrandığı halda, dişilər ona qarşı olduqca aqressivlik göstərir, sanki
onunla dava etməyə çalışır. İnsanda koitus sinir tipindən və
temperamentlik dərəcəsindən asılı olaraq ayrı-ayrı
fərdlərdə bir-birindən
xeyli fərqlənir və müxtəlif müddət davam edir.
Çoxalma prosesi ilə əlaqədar bütün reaksiyalar sonda myalanma və ən
həlledici, olduqca mürəkkəb və nəslin davamçısı, irsiyyətin ən dayanıqlı
daşıyıcı sayılan
Dostları ilə paylaş: