bala doğulur. Bu baxımdan heyvanların
fizioloji yetişkənlik dövründə
cütləşməsi reproduktiv çoxalmada ən vacib şərt sayılır və xüsusi təsərrüfat
əhəmiyyəti kəsb edir.
Fizioloji yetişkənlik – cavan erkək və dişi heyvanlarda həmin növ cinsə
mənsub olan yaşlı fərdin diri kütləsinin 70-75%-ni təşkil etdiyi və ona məxsus
əlamətlərin formalaşdığı dövr hesab olunur. Yetişkənliyin bu növü heyvanların
yaşına, diri kütləsinə və cinsiyyət orqanlarının inkişaf dərəcəsinə görə təyin
edilir və heyvanlarda onun müddəti aşağıdakı kimidir (aylarla):
dəvədə – 40
dayçada – 36
düyədə – 16-18
qoyun və keçidə – 12-18
donuzda 9-12
it və pişikdə 10-12
dovşanda – 4-8
eşşəkdə 30-32
Cinsiyyət tsikli – cinsi yetişkən dişi heyvanlarda çoxalma ilə əlaqədar olaraq
əmələ gələn mürəkkəb neyrohumoral reflektor və periodik olaraq təkrar olunan
kompleks morfoloji, fizioloji və biokimyəvi dəyişikliklər kompleksindən ibarət
olub, çərəaxıtma, ümumi cinsi oyanma, hövrəgəlmə və ovulyasiya ilə
xarakterlənir və 2 qrupa bölünür: 1.
Politsiklik-(çox dövrlü) cinsiyyət tsikli (boğazlıq əmələ gəlmədikdə bütün il boyu vaxtaşırı fasiləsiz olaraq davam
etməklə madyan, inək, camış, qoyun, keçi, donuzda müşahidə edilir); 2.
Monotsiklik (tək dövrlü) cinsiyyət tsikli ildə 1, bəzən isə 2 dəfə olur (it, pişik və
vəhşi heyvanlarda baş verir). Bu dövr dişilərin cinsiyyət orqanlarında,
ümumilikdə isə bütün orqanizmdə bir oyanma dövründən digərinə qədər olan
dəyişikliklərlə xarakterlənir və 3 mərhələ –
oyanma,tormozlanma və müvazinət ilə müşayət olunur. Oyanma dövrünün özü isə 4 fenomen–
çərəaxıtma, cinsiyyət oyanması (ümumi reaksiya), hövrəgəlmə, follikulaların yetişməsi və