Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə122/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   207
N 349

dişi cinsiyyət üzvlərinə
yumurtalıqlar, 
yumurtalıq boruları, balalıq, balalıq buynuzları və dəhlizi (vagina), xarici 
cinsiyyət orqanları (cinsiyyət dodaqları, klitor) aiddir. Mayalanma yumurta 
borularında, dölün inkişafı isə-balalıq buynuzlarında gedir. Yumurtalıqlar 
mürəkkəb orqan olmaqla follikulalardan və sarılıq cisimlərindən ibarət olan 
qabıq (follikulyar) və beyin (damarlı) maddələrə ayrılır. Ovogenez prosesi
follikulalarda 
baş verir, yumurtalığın qabıq maddəsində ooqoniya 
hüceyrələrindən oositlər, onlardan isə yumurta hücyerələri formalaşır. 
Cinsiyyət aktı (koitus)
– şərti və şərtsiz reflekslərin mürəkkəb kompleksi 
olub, spermanın əlavə cinsiyyət vəziləri sekretlərinin erkəklərin cinsiyyət 
aparatından ixrac edilməsi və onların dişilərin cinsiyyət aparatına 
yeridilməsindən ibarətdir və 4 əsas refleksdən – 
ereksiya

qucaqlama

birləşmə
və 
eyakulyasiya
təşkil olunur. Bu reflekslərin hamısı qeyri-şərti reflekslərə 
aiddir. Bütün şərtsiz reflekslərin məcmuu hər bir normal orqanizmin tabe olduğu 
və təkamül nəticəsində qazandığı bioloji qanundan ibarət olmaqla, cinsiyyət 
yetişkənliyi ilə eyni dövrdə yaranan 
cinsiyyət instinktindən 
ibarətdir. Dişi 
fərdlərdə cinsiyyət instiktinti follikulaların yetişməsindən əvvəl, erkəklərdə isə 
spermogenezin başlaması dövründə yaranır. Orqanizmin cinsiyyət hormonlarına 
qarşı reaksiyası 
cütləşmə
formasında təzahür edir. Cütləşmə yalnız təbii 
mayalanmaya aid olmaqla, süni mayalanma ilə heç bir əlaqəsi yoxdur, çünki bu 
proses iki müxtəlif cinsiyyətə malik olan fərdlərin qarşılıqlı münasibətindən 
ibarət olan bir prosesdir. Bu zaman görmə, eşitmə, hiss etmə və taktil oyanmaları 
cinsiyyət aktı reflekslərinin yaranmasına başlıca zəmin yaradır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin