irsiyyətin xromosom nəzəriyyəsinin
formalaşması üçün ilk addım oldu. Bu nəzəriyyənin uzun müddət çox işləməyən
hipotez kimi qalmasına baxmayaraq o, tədqiqatlar üçün yeni yollar açmış oldu.
Sitoloji üsullarla müəyyən olunmuşdur ki, meyozun I profazasında homoloji
xromosomlar konyuqasiyaya uğrayır; anafazada homoloji
xromosomlardan biri
204
bir qütbə, digəri o biri qütbə çəkilir; müxtəlif qütblərə cəkilmə zamanı
qeyri-
homoloji xromosomlar sərbəst, bir-birindən asılı olmayaraq kombinə olunur.
Mayalanma zamanı iki haploid qametin birləşməsi zamanı ziqotda
xromosomların diploid sayı bərpa olunur və homoloji
xromosomlar yenidən
birləşir. Belə güman edək ki, hər bir xromosom yalnız bir genə malikdir. İndi
dihibrid çarpazlaşma zamanı tərkibində genlər olan xromosomların davranışına
diqqət edək
(Ģəkil 32)
. Şəkildə müxtəlif ölçülü qeyri-homoloji xromosomlar (bir
cüt
xromosomlar uzun, digəri qısa) göstərilib. Uzun xromosomlar A və ya a
alleli, qısa xromosomlar isə B və ya b alleli daşıyır.
Bu iki cüt allellər qeyri-
homoloji xromosomlarda yerləşirlər. Çinandromorfizm (erkək və dişilərə
məxsus əlamətlərin hər ikisinin bir fərddə müşahidə olunması) drozofildə daha
səciyyəvi olur
(Ģəkil 33)
.
Şəkil 32.
Dihibrid çarpazlaşmada homoloji və qeyri-homoloji xromosomların dav-
ranışını göstərən sxem (R.Quliyev, K.Əliyeva, 2002)