Fяxrяddиn mustafayev


allelomorf, V.İohannsen (1926) isə onu daha da sadələşdirərək  allellər



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə201/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   207
N 349

allelomorf,
V.İohannsen (1926) isə onu daha da sadələşdirərək 
allellər
adlandırmışdır. 
Allel genlər
(allellər) cüt homoloji xromosomda 
eyni nöqtələrdə 
(lokuslarda)
yerləşir. Ziqota allellərdən birini anadan yumurta hüceyrəsi, digərini isə 
atadan spermatozoid ilə alır. Allellərin fərqlənməsi mutasiya nəticəsində baş verir. 
Qametlərin təmizliyi qanununa
görə heteroziqot fərdlərdə irsi yaddaşlar (genlər) 
bir-biri ilə qarışmayaraq cinsiyyət hüceyrələrinə yalnız «təmiz» vəziyyətdə verilir. 
Xususi təsir göstəə bilməyən, lakin başqa genlərin təsirini gücləndirən, yaxud 
zəiflədən genlər 
modifikator genlər
, hər hansı bir genin iki və daha artıq əlamətlərə 
təsiri isə 
pleyotropiya
adlanır. Genlərin pleyotrop təsirinə misal olaraq sarı rəngli 
siçanların geninin təsirindən heteroziqotlarda metabolizmin ləngiməsini, piylənməni, 
skeletin ölçülərinin böyüməsini və s. göstərmək olar. Ümumiyyətlə, fərdlərdə 
əlamətlərin formalaşması olduqca mürəkkəb bir proses olmaqla bu prosesdə bir gen 
deyil, fərdin bütün genotipi iştirak edir. 
Ekspressivlik
– mahiyyət etibarı ilə müəyyən əlamətin nəzərə çarpmasından 
ibarətdir. Müxtəlif fərdlərdə modifikator genlərin və ətraf mühitin təsirindən eyni 
genlər fenotipik cəhətdən fərqli olur. Ətraf mühit və modifikator genlərin təsirindən 
genin 
ekspressiyası
– əlamətlərin görünməsi baş verir. Mutant genlərin yaranması 
prosesi müxtəlif fərdlərdə tez-tez müşahidə olunur. Mutant əlamətin qohum qrupların 
fərdlərindən birində baş verdiyi halda, digərində bu proses müşahidə olunmur. Həmin 
genin özü fenotipik cəhətdən fərqli olur. Ətraf mühit və modifikator genlərin 
təsirindən genin ekspressiyası prosesi baş verir. Mutant genlərin yaranması prosesi 
müxtəlif fərdlərdə tez-tez müşahidə olunur. Mutant əlamətin qohum qrupların 
fərdlərindən birində baş verdiyi halda, digərində bu proses müşahidə olunmur. Həmin 
genin özünü fenotipik cəhətdən biruzə verməsi xassəsi 
penetrantlıq
adlanır. 


199 
Penetrantlığa əsasən mutant fenotipə malik populyasiyalarda olan fərdləri təyin etmək 
mümkündür. Tam (100%) penetrantlıq zamanı bu cür genlərə malik olan mutant 
genlər hər bir fərddə öz təsirini göstərir. Genlərin ekspressivlik və penetrantlığı 
müəyyən dərəcədə modifikator genlərin təsirindən və fərdin inkişaf etdiyi mühit 
şəraitindən asılı olur. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin