197
yolu ilə öyrənmişdir. O, müayinə məqsədilə 7 cüt kəskin surətdə bir-birindən
fərqlənən əlaməti əsas götürmüş və birinci nəsildə görünən əlamətləri
dominant
,
hibrid formalarda gizli surətdə qalan (alternativ) əlamətləri isə
resessiv
əlamətlər
adlandırmışdır. Dominant əlamətlərin irsilik yaddaşı böyük (A, B, C və s.),
resessiv əlamət isə kiçik (a, b, c və s.) hərflərlə işarə olunur. Q.Mendel müəyyən
etmişdir ki, sarı və yaşıl rəngli noxudların çarpazlaşmasından alınan 1-ci nəsildə
(F
1
) valideyn əlamətlərindən yalnız biri üzə çıxır. O, bu əlaməti
dominant
(latınca
«domine»-ata) və alternativ (görünməyən) əlamətləri isə resessiv
(latınca «resessus»-kənarlanma, uzaqlaşma)
əlamət adlandırmışdır.
Şəkil 27.
Zolaqlələkli toyuq ilə qara xoruzun çarpazlaşması (R.Quliyev, K.Əliyeva,
2002)
Alimlərin sonrakı tədqiqatları göstərdi ki, heç də bütün növ heyvanlarda və
bitkilərdə əlamətlərin hamısı tam dominantlıq göstərmir, nəticədə aralıq
növbələşmə, natamam dominantlıq, kodominantlıq və yüksək dominantlıq
hadisələri müşahidə olunur.
Aralıq növbələşmə
zamanı 1-ci nəsildə bəzən tam
dominantlıq müşahidə edilmir. Məsələn, qulaqlı (10 sm) və qulaqsız qoyunların
çarpazlaşmasından alınan 1-ci nəsil hibridinin qulağı qısa (5 sm) olur.
Natamam
dominantlıq
zamanı 1-ci nəsil hibriddə dominant əlamət tamamilə biruzə
vermir. Məsələn, bel və qarınaltı nahiyyəsində ağ ləkələr olan inəklərin ətrafları
tünd rəngli olan buğa ilə çarpazlaşmasından ətraflarının hamısı tamamilə tünd
rəngə malik hibridlər doğulur.
Dostları ilə paylaş: