193
həm dəyişkənliyin xarakterinə, həm də nəslin növbələşmə xüsusiyyətlərinə görə
bir-birindən fərqlənir. Keyfiyyət əlamətləri fasiləli,
kəmiyyət əlamətləri isə
fasiləsiz dəyişkənliyə uğraması ilə səciyyələnir. Keyfiyyət dəyişkənliyi
dominant , yaxud resessiv əlamətlərin parçalanması zamanı xüsusi sərhəd əmələ
gətirir. Bunun əsas səbəbi isə onların yalnız bir allel
gen tərəfindən nəzarətdə
saxlanmasıdır. Kəmiyyət əlamətləri isə genlərin parçalanması zamanı aydın
nəzərə çarpan sərhəd əmələ gətirmir və olduqca sürətli dəyişkənliyə uğraması ilə
müşayət olunur. Bu əlamətlər nəslin növbələşməsi zamanı çox mürəkkəb
xarakter alır və hər bir əlamətə
xromosomlarda bir deyil, çoxlu sayda lokuslar
tərəfindən nəzarət olunur.
Nəslin bu cür növbələşməsi zamanı hər hansı
bir əlamətin çoxlu sayda
genlər tərəfindən nəzarətə alınması prosesi
polimeriya
adlanır, onun inkişafı isə
dominant və resessiv genlərin nisbətinin bərabər olmasından, digər genetik
amillərdən və ətraf mühitin modifikasiya törətmə təsirindən asılı olur.
Populyasiyalarda kəmiyyət
dəyişkənliyi həm genetik, həm də paratipik (xarici
mühit) dəyişkənliklərin baş verməsi nəticəsində yaranır.
5.2.3. Əlamətlərin növbələĢməsi
anlayıĢı və növbələĢmə əmsalı
Müxtəlif miqdar (kəmiyyət) əlamətləri genetik dəyişkənlik zamanı eyni
dərəcəli dəyişkənliyə uğramayaraq, hər hansı
bir əlamətin genotipik
dəyişkənliyinə xarici mühitin təsiri heç də həmişə eyni olmur. Heyvanlarda
seçmə zamanı yeni nəsillərdə baş verən kəmiyyət
dəyişkənliklərinin valideyn-
lərin əlamətlərinə hansı dərəcədə uyğun olmasının çox böyük əhəmiyyəti vardır.
Bu zaman yeni nəslin məhsuldarlıq üzrə mövcud olan əlamətlərinin
validenlərinki ilə uzlaşması da nəzərə alınır. Populyasion
genetikada kəmiyyət
əlamətlərinə görə aparılan seçmənin səmərəliliyinin qiymətləndirilməsi zamanı
əlamətlərin və qametlərin
Dostları ilə paylaş: