inbred depressiya yaranır. Bu zaman heyvanların yaşama müddəti, məhsuldarlığı və balavermə
qabiliyyəti çox azalır, anomal fərdlərin doğulması daha yüksək faiz təşkil edir.
Bunu nəzərə alaraq heyvandarlıqda inbridinqdən istifadə edilməsinə yol
verilməməlidir.
Heyvanların populyasiyasında genetik yüklənmə. Genetik yüklənmə –
mövcud populyasiyada heteroziqot vəziyyətində iştirak edən letal genlərin
sayından ibarətdir. N.P.Dubininə görə genetik yük geniş mənada homoziqot
vəziyyətində yaranan letal genlərlə bərabər, həm də orqanizmin ətraf mühitə
uyğunlaşmasını azaldan, neqativ təsir göstərən bütün mutasiyalar kompleksindən
ibarətdir. Genetik yükün
mutasion və
seqreqasion növləri mövcuddur.
Mutasion genetik yük – mutasiya,
seqreqasion genetik yük – isə müxtəlif
genotipə
malik
olan
valideynlərin
çarpazlaşması zamanı genlərin
parçalanmasından ibarətdir. Genetik yükün dərəcəsi letal ekvivalentlərin miqdarı
ilə ifadə olunur. Bir letal ekvivalent 100% ölümə səbəb olan bir letal, yaxud 50%
ölüm törədən iki letal genə bərabər hesab olunur və Morton düsturu ilə təyin
edilir: loqeS =A+BF, burada S-nəslin diri qalan hissəsini, F-inbridinq əmsaılını,
A-təsadüfi çarpazlaşma zamanı populyasiyanın ölmüş hissəsini (F=O), B-
populyasiyanın tam homoziqotluğu zamanı ölüm faizinin artmasını (F=1)
göstərir. Genetik yükün populyasiyalarda hesablanması ilə həm ətraf mühit
amillərinin heyvanların ölümündə rolu, həm də bu prosesdə irsiyyətin iştirak
etmə dərəcəsi müəyyən olunur.
Populyasiyaların genetik adaptasiyası və homeostazı. Heteroziqot
vəziyyətində populyasiyalarda mövcud olan irsi dəyişkənlik, xüsusilə mutasiya
genetik quruluşu sürətlə dəyişdiyinə görə onlar ətraf mühitə dərhal uyğunlaşır.
Mutasiya prosesi həm də populyasiyalarda genetik polimorfizm (allellərin
sayının müxtəlifliyi, dominantlığa görə homoziqotluq, resessiv genlərə görə
homoziqotluq və s.) törədir. Polimorfizm həm də populyasiyaların mövcud
olması mexanizmini müdafiə edir. Heteroziqotluq dəyişilən ətraf mühitə
uyğunlaşmanı intensiv sürətdə təmin etdikdə seçmə heteroziqotun xeyrinə
yönəlir və balanslaşdırılmış polimorfizim əmələ gəlir, populyasiyada nəsildən
nəsilə ötürülən müxtəlif genotip və fenotiplərin nisbətində bərabərlik yaranır.
Populyasiyaların öz genetik quruluşunu sabit saxlaması xassəsini təmin edən
proseslər genetik