Seçmənin populyasiyaların quruluşuna təsiri. Populyasiyaların genetik
quruluşuna təsir edən başlıca amil təbii və süni seçmə olmaqla, onun təsiri
nəticəsində populyasiyaların tərkibində genetik kəmiyyət və keyfiyyət
dəyişkənlikləri baş verir. Resessiv homoziqot fərdlərin populyasiyalardakı
qismini artırmaq məqsədilə dominant homoziqot (AA) və heteroziqotlar (Aa)
sürüdən çıxdaş edilir. Seçmənin bu üsulu xəzdəriçilikdə daha geniş tətbiq edilir
və qiymətli resessiv genotiplər seleksiya məqsədilə saxlanılır. Seçmə dominant
heteroziqotları saxlamaq və resessivləri (AA və Aa) çıxdaş etmək məqsədilə
aparıldıqda, alınan qismi artır, növbəti nəsillərdə isə get-gedə azalır, yaxud
müəyyən müddət bərabər səviyyədə qalaraq seçmənin tələbatını ödəyir,
dominant (AA) və resessiv (aa) genotiplərin nisbəti bərabərləşir və tənzimlənir.
Bu cür süni seçmədən əsasən boz-qaragül qoyunlarının populyasiyalarında daha
çox istifadə olunur.
Populyasiyalarda seçmənin aşağıdakı tipləri vardır:
1.
Sabitləşdirici seçmə – zamanı populyasiyalarda genetik əlamət bir neçə
nəslə ötürülərək eyni səviyyədə saxlanılır və mühitə yaxşı uyğunlaşa bilməyən
fərdlər çıxdaş olunur. Nəticədə populyasiyaların genetik quruluşunun sabitliyi
təmin edilir, əlamətin dəyişkənlik meyli çox azalır və orta kəmiyyətə müvafiq
olur. Seçmənin bu tipi bəzən vəhşi və ev heyvanları üçün o qədər də böyük
əhəmiyyət kəsb etmir.
2.
İstiqamətli seçmə– kənd təsərrüfatı heyvanlarının seleksiyası zamanı
olduqca böyük əhəmiyyətə malik olmaqla alınan yeni nəsil törəmələrinin
fenotipik əlamətlərinə ciddi təsir göstərir və arzu olunan nəticələrə nail olunur.
Heyvanları seçərkən fenotipik cəhətdən mühit şəraitinə daha sürətlə uyğunlaşan
fərdlər seçilməli və məqsədyönlü taylaşdırma aparılmalıdır. Çünki seçmənin bu
formada aparılması nəticəsində populyasiyalarda arzu olunan genetik əlamətlər
möhkəmlənir və seçmə çox rasional olur.
3.