189
amil sayılır. Riyazi analizin nəticəsi göstərir ki, seçmə zamanı
resessiv mutant
genin sayının yükəsk intensivliyə malik olması çox sürətlə azalaraq minimal
həddə çata bilər. Məsələn, letal genlərin sayını azaltmaq üçün (0,3-dən 0,2-yə
qədər) populyasiyanın növbəti iki nəsli kifayətdir. Populyasiyaların genetik
quruluşu həm təsadüfi genetik
proseslərin təsiri nəticəsində, həm də genlərin
dreyfi zamanı dəyişikliyə uğraya bilər. Kiçik (az saylı) populyasiyalarda
genlərin dreyfi daha intensiv olur. Belə ki, təcrid olunmuş azsaylı qaramal,
qoyun populyasiyalarında genetik-avtomatik proseslərlə
əlaqədar olan nadir
mutasiyaların səviyyəsi yüksək olur.
Miqrasiya
(heyvanların bir coğrafi
relyefdən digərinə köçürülməsi) prosesi zamanı da müxtəlif heyvan
populyasiyalarında mutasiya baş verir. İmport olunan,
xüsusilə törədici
heyvanlar mutasiyanın daşıyıcısı olmaqla yerli populyasiyalarda genetik
anomaliyaları yayır və heyvandarlığın intensiv inkişafına çox güclü maneçilik
törədir. Buna görə də alimlər mutasiyalı törədicilərdən istifadə olunmasını
səmərəsiz üsul hesab edirlər.
Dostları ilə paylaş: