Cinsiyyət xromosomlarinin aralanmamasi ilə əlaqədar irsillk. Çarpazlaşma zamanı əlamətlərin nəslə keçməsi, meyoz və mayalanmada
xromosomların davranışının bir-biri ilə uzlaşması qanunauyğunluğu tədqiqatçıları belə
bir nəticəyə gətirmişdir ki, genlər xromosomlarda yerləşir. Bu nəticənin inandırıcılığı
genlərin cinsiyyət xromosomları ilə ilişikli irsiliyi göstəriləndən sonra daha da artmışdır.
Lakin bu nəticə yalnız analogiyaya əsaslanırdı və başqa sübutlara ehtiyac duyulurdu. İlk
dəfə Morqanın ən yaxın əməkdaşı olan Bridces tərəfindən drozofil milçəyinin cinsiyyət
xromosomlarının aralanmaması hadisəsinin öyrənilməsi nətıcəsində belə prosesə rast
gəlinmişdir. Ağgöz drozofıl xətti üzərində aparılan resiprok çarpazlaşmanın birində
ağgözlük əlaməti yuxarıda öyrəndiyimiz kimi yalnız erkəklərdə deyil, həm də çox az
miqdarda, iki-üç min nəslin arasında, bir-iki ağgözlü dişi fərdlərdə və yaxud qırmızı
gözlü erkək fərdlərdə meydana çıxmışdır. Bu müstəsna hal ilk baxışda öyıənilən
genlərin cinsiyyət xromosomları ilə nəslə keçməsi nəzəriyyəsini inkar edir. Lakin
təcrübəni diqqətlə izlədikdə bu fakt həmin nəzəriyyəni inkar deyil, əksinə, bir daha
təsdiq etmiş olur. Bu müstəsna hal necə ola bilər? Bəzən meyoz prosesində iki X-
xromosomu öz ucları ilə birləşərək qütblərə birgə (XX) keçir. Nəticədə bu cür qamet bir
X əvəzinə iki XX daşımalı olur.
Genlərin epistatik təsiri. Bir allel genin digəri üzərində dominantlığı bizə
məlumdur və bunu ümumi şəkildə belə ifadə etmək olar:
A>a; B>b; Oc. Lakin bir-
birindən asılı olmayan bir gen o biri gen üzərində də təsir göstərir:
A>B və ya
B>A, a>B və ya
h>A və s. Bu cür təsir
epistaz adlanır. Genin fəaliyyətinin qarşısını alan
gen –
supressor və ya