203
Şəkil 31.
Qaragül qoyunlarında yun örtüyünün rənginin somatik mutasiyası (tünd
ləkə) (R.Quliyev, K.Əliyeva, 2002)
Fenotipə görə mutasiyaların təsnifatında əsas yeri
morfoloji mutasiyalar
(çox vaxt onları görünən də adlandırırlar) tutmaqla orqanların, toxumaların,
hüceyrənin ayrı-ayrı strukturlarının quruluş və xüsusiyyətlərinin dəyişilməsi ilə
əlaqədardır. Bu növ mutasiyaya iri və xırda buynuzlu heyvanların qısa ayaqlılığı,
həşaratların qanadının və gözünün olmaması, məməlilərin tüksüzlüyü, insanlarda
nəhəng və cırtdan boyluluq və albinizm aid ola bilər. Mutasiyalar hüceyrədaxili
strukturlara və proseslərə (meyozda xromosomların davranışına, hüceyrə
bölünməsinə) də təsir göstərə bilir. Məsələn, qarğıdalıda meyoz zamanı homoloji
xromosomlarda
konyuqasiyanın
olmamasını
şərtləndirən
mutasiyalar
mövcuddur.
Dihibrid çarpazlaĢmanin sitoloji əsaslari.
Əgər genetika iki cüt əlamətin
irsiliyinin analizində hibridləşmə metodunun istifadəsi və hibrid nəsildə ayrı-ayrı
əlamətlərin nisbətinin hesablanması ilə məhdudlaşsaydı, hibrid orqanizmin
nəslində müxtəlif cüt əlamətlərin sərbəst davranışının əsas səbəbi açılmamış
qalardı. Mendel qanunlarının yenidən kəşf olunması dövründə sitologiya
cinsiyyət hüceyrələrinin inkişafı və genlərin xromosomlarla əlaqəsi ideyaları
haqqında kifayət qədər məlumat toplanmışdır. Müxtəlif cüt genlərin sərbəst
paylanması ilə qeyri homoloji xromosomların davranışı arasında paralelizmin
olması
haqqında
fikir
irəli
sürülmüşdür.
Parçalanmanın
genetik
qanunauyğunluqlarının sintezi və meyozda xromosomların davranışı haqqında
sitoloji məlumatların olması ideyası
Dostları ilə paylaş: