198
heterozis (hibridlərin valideynlərə nisbətən sürətlə inkişafı, yüksək məhsuldarlıq
və balavermənin davamlı olması) baş verir. Bu hal quşçuluqda 3 və 4-cü
nəsil
hibridlərində müşahidə edilir.
Kodominantlıq
– hibridlərdə
hər iki valideyn
əlamətlərinin bərabər üzə çıxması ilə səciyyələnir (heyvanların qan qrupu sistemləri,
hemoqlobin, transferrin və aneilazanın tiperiri və s.) Danimarka alimi V.İohannsen
1909-cu ildə «gen», «genotip» və «fenotip» terminlərinin
genetika elminə daxil
etmişdir.
Gen
–
irsiyyətin vahidi,
genotip
– orqanizmin irsi yaddaşlarının (genlərin)
məcmusudur. 1902-ci ildə ingilis alimi V.Betson genetika elminə «homoziqot» və
«heteroziqot» terminlərini daxil etmişdir.
Homoziqotlar
ata
və ana fərdlərdən eyni
genetik yaddaş (genlər) alan orqanizmlərdir.
Heteroziqotlar
isə ata və ana fərdlərindən
müxtəlif genlər alan orqanizmlərdir. Beləliklə, genotipə görə fərdlər homoziqot (AA
yaxud aa) və ya heteroziqot (Aa) ola bilər.
Fenotip
– orqanizmin müşahidələr və müayinələr zamanı
əldə edilən bütün
əlamət və xassələrinin təsirindən formalaşır. Məsələn, fenotipi buynuzlu və qulaqsız,
qara və ağ, iri yaxud kiçik gövdəli və s. sözləri ilə ifadə etmək olar. Ümumiyyətlə,
əlamətlərin parçalanması qanununun əsas mahiyyəti monohibrid çarpazlaşma zamanı
ikinci nəsildə fenotipə görə əlamətlərin parçalanması 3:1, genotipə görə isə – 1:2:1
(dominant əlamətlərə görə homoziqot fərdlərin – 1, heteroziqotların – 2
və resessiv
əlamətə görə homoziqotların isə – 1 hissəsi) nisbətinin mövcud olmasından ibarətdir.
V.Betson (1902) alternativ – bir-birinin əksinə olan
əlamətlər cütlüyünün irsi
yaddaşını
Dostları ilə paylaş: