ingibitor gen adlanır.
Supressor genlər heyvanlarda,
bitkilərdə və mikroorqanizmlərdə mövcuddur. Onları adətən I və ya S ilə işarə
edirlər. Genlərin epistaz təsirinin 2 tipi məlumdur:
dominant və resessiv. Bir
dominant genlə digərinin təsirinin yatırılması
domi-nant epistaz adlanır.
9:3 nisbətində parçalanma. Misal olaraq toyuqlarda lələklərin rənginin irsiliyini
göstərmək olar. Ağ leqqorn cinsindən olan toyuqların lələkləri ağ olur. Viandot
cinsindən olan toyuqların da lələkləri ağ olur. Lakin bu ağlıq ayrı-ayrı cinslərdə
müxtəlif genlərin təsiri ilə meydana gəlmişdir. Burada müxtəlif qeyri-allel genlər
iştirak edir. Piqment (rəng) verən geni C ilə işarə etsək, piqmentsizliyi c ilə işarə
etməliyik. Lakin genotipdə C geni (rəng verən) həmin genotipdə I geni olduğuna
görə o, fəaliyyət göstərə bilmir. Belə hallarda piqmentsiz lələk ağ görünür.
Dediyimiz iki ağ lələkli toyuq cinsini çarpazlaşdırsaq (ağ leqqorn CCII x ccii ağ
viandot), bunlardan alınan Fı-də (Ccli) allel I geni (supressor, ingibitor) C geninin
qarşısını alır və toyuqların rəngi ağ olur. Fı -də alman və Ccli genotipinə malik olan
toyuqları və xoruzları bir-birilə çarpazlaşdırdıqda F
2
-də 13/16 hissə ağ, 3/16 hissə isə
rəngli toyuqlar əmələ gəlir. Pennet cədvəlini fenotipik cəhətdən analiz etdikdə
aşağıdakı nəticələr alınır: 9-CI-3, 3-ccIi və 1-ccii kombinasiyalarının hamısı ağ olur.
Lakin supressor I geni iştirak etməyən kombinasiyalarda toyuqların lələkləri rəngli
200
olacaqdır. Bu fərdlər isə C_ii-genotipinə malikdir və belə fərdlər 3/16 hissəni təşkil
edir
(Ģəkil 28).