Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə205/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   207
N 349

(Ģəkil 30)

 
Şəkil 29. 
İki qeyri-allel genlərin qarşılıqlı təsiri zamanı toyuqlarda pipiyin irsiliyi 
(R.Quliyev, K.Əliyeva, 2002) 
 


202 
 
Şəkil 30. 
Dovşanlarda tükün rənginin irsiliyi (komplementarlıq):
 
 A-rənglilik; a-albinizm;
B -aquti; b-qara 
Əgər mutasiya resessivdirsə mutant gen bir neçə nəsildə heteroziqot 
vəziyyətdə özünün təsirini göstərməyəcək. Yeni əlamətin üzə çıxması yalnız 
resessiv genin homoziqot vəziyyətə keçdiyi zaman mümkün olacaq (F
2
, F
3
və s.) 
Somatik mutasiyalar mozaik formada meydana çıxır. Mutant toxuma hissəsini 
daşıyan fərdlər 
mozaik
 
və ya 
ximer
 
adlanır. Ontogenezdə somatik mutasiya nə 
qədər tez əmələ gələrsə, bir o qədər mütasiyanı daşıyan toxuma sahəsi böyük 
olur və əksinə. Somatik toxumaların hüceyrələrində xromosom yığımı diploid 
şəkildə olduğu üçün mutasiyanın baş verməsi dominant və ya resessiv allellərin 
yalnız homoziqot halda olması nəticəsində mümkündür. 
31-ci Ģəkildə
qoyun 
xəzi üzərində somatik mutasiyanın baş verməsi göstərilir; şabalıdı rəngin 
üzərində 
qaragülün 
əmələ gəlməsi. Belə hallara bəzən bitkilərdə, heyvanlarda və 
insanlarda da təsadüf olunur. Yalnız cinsi yolla çoxalan orqanizmlərdə somatik 
mutasiyalar təkamüldə rol oynamır və seleksiya üçün heç bir əhəmiyyət kəsb 
etmir. Lakin qeyri cinsi yolla çoxalan orqanizmlərdə somatik mutasiyalar həm 
təkamüldə, həm də seleksiyada mühüm əhəmiyyətə malikdir. Məsələn, vegetativ 
yolla çoxalan meyvəli və giləmeyvəli bitkilərdə hər hansı bir somatik mutasiya, 
yeni mutant əlamətə məxsus bitki və yaxud klon verə bilər. Somatik 
mutasiyaların tədqiqi insan və heyvanlarda xərçəng xəstəliyinin yaranma 
səbəbinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə güman olunur ki, 
bir sıra bədxassəli şişlər üçün normal hüceyrələrin xərçəng hüceyrələrinə 
çevrilməsi somatik mutasiya tipi ilə baş verir. Mutasiyaları şərti olaraq 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin