130
Spermatogenez
–erkək fərdlərin toxumluqlarının qıvrım kanalcıqlarında,
ovogenez isə dişi fərdlərin yumurtalıqlarında həyata keçirilir. Hər iki proses
olduqca mürəkkəb xarakter daşıyır. Spermatogenez prosesi zamanı ilkin
spermatozid adlanan hüceyrə iki ədəd ikincili spermatozidə bölünərək dörd
spermatid əmələ gətirir. Spermatogenezin gedişi zamanı hər bir spermatid özünə
məxsus başcığı və uzun quyruğu (qamçısı) olan spermatozoidə çevrilir
(Ģəkil
11)
.
Spermiyanın quruluşu:
1-
Başcıq; 2– boyun; 3-cisim; 4– quyruq; 5-akrosom; 6-nüvə; 7-membrana; 8-
sentriolalar; 9-ox sapı; 10-spiralabənzər sap.
Buna uyğun olaraq ovogenez prosesi zamanı yumurta hüceyrəsi (oositlər)
əmələ gəlir. Lakin spermatozoiddən fərqli olaraq bu zaman sitoplazma başqa
formada bölündüyü üçün yalnız bir ədəd yumurta hüceyrəsi formalaşır.
Spermatozoidin əsas funksiyası öz nüvəsini yumurta hüceyrəsinin daxilinə
yeritməkdən ibarətdir. Bu proses mayalanma adlanır
Dostları ilə paylaş: